reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məşhur rejissorun qətlində şübhəli bilinən şəxs saxlanıldı

reklam

Məşhur rejissorun qətlində şübhəli bilinən şəxs saxlanıldı


















İran hakimiyyəti iranlı rejissor, ssenarist və prodüser Daryuş Mehrcuinin qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə Tasnim agentliyi məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs əvvəllər saxlanılanlar arasında olub, onun rejissorun qətlində əli olması əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib.

Şübhəlilərin dindirilməsi davam edir. Agentlik şübhəli şəxsin D. Mehrcuinin həyat yoldaşı Vahidə Məhəmmədifərin də qətlində əli olub-olmaması barədə məlumat verməyib.

Qeyd edək ki, oktyabrın 15-də Mehrcui və həyat yoldaşı Tehrandan təxminən 30 km aralıda öz evlərində ölü tapılıb. Cəsədləri onların qızları Mona Mehrcui aşkar edib.

Hadisə yerinə gələn kriminoloqlar rejissorun boynunda iti cismin izləri, həmçinin başında küt əşya ilə vurulmuş zərbə izləri aşkar ediblər. Mütəxəssislər Məhəmmədifərin ölümünün boğulma nəticəsində baş verdiyini düşünürlər. Əvvəllər rejissorun həyat yoldaşı sosial şəbəkələrdə təhdidlər barədə məlumat versə də, polisə heç bir şikayət daxil olmayıb.




Paylaş:


Müəllif : Tarix:
19-10-2023, 10:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər