reklam
Regionxeberlericom.az » Cəmiyyət » Binəqədi və Abşerondan Sumqayıta verilən ərazilər - SİYAHI

reklam

Binəqədi və Abşerondan Sumqayıta verilən ərazilər - SİYAHI
















Binəqədi və Abşeron rayonlarının Sumqayıta verilən ərazilərinin hansı yerlər olduğu məlum olub.

Bu barədə İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, söhbət Sumqayıta yaxın olan Binəqədinin bir çox ərazilərindən, Noxvanı qəsəbəsinin ərazisindən, eyni zamanda Abşeron rayonunun yaxınlığında yerləşən Saray qəsəbəsinin ərazisindən gedir.

Ekspert bildirib ki, həmin ərazilərdə daha çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri olsa da, insanlar fərdi evlər tikərək yaşayırlar. O, həmin torpaqlardan təyinata uyğun istifadə olunmadığını və bir müddət öncə Nazirlər Kabinetində sözügedən ərazilərin yaşayış təyinatlı ərazilərə çevrilməsi məsələsinə baxıldığını da söyləyib.

Ərazilərin birləşdirilməsindəki məqsədə toxunan Ramil Qasımzadə bildirib ki, torpaq sahələrinin şəhərlərə qatılması məqsədəuyğundur.  O, adminstrativ cəhətdən həmin ərazilərin Sumqayıta daha yaxın olduğunu söyləyib və atılan addımın təqdirəlayiq olduğunu qeyd edib:

"Şəhər böyüdükcə ətraf ərazilərin birləşdirilməsi qarşıdakı dövrdə çoxmənzilli binaların inşası üçün rahatlığı təmin edir. Təəssüf ki, bu gün Bakı şəhərində də torpaq sahələri artıq məhdudlaşıb. Eyni vəziyyət artıq Sumqayıtda da yaşanır. Bu baxımdan şəhərə yaxın yerləşən torpaq sahələrindən səmərəli istifadə olunması iqtisadiyyatın inkişafına və sosial layihələrin həyata keçirilməsi üçün müsbət təsirə malikdir".

Xatırladaq ki, Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib. Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Deputat Siyavuş Novruzov həmin ərazilərdə 9 min əhalinin yaşadığını bildirib.





Paylaş:


Müəllif : Tarix:
19-10-2023, 21:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər