Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verdi – KİV
Azərbaycan Vəkillər Kollegiyasının hüquqşünas Xalid Bağırovu kollegiya ilə bağlı mətbuatda dərc olunan fikirlərinə görə məhkəməyə verdiyi iddia olunur.
Bu barədə “Meydan TV” məlumat yayıb.
Bildirilir ki, hüquqşünas nəşrdə dərc olunmuş “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına fikirlər səsləndirib.
Sözügedən araşdırmada qeyd olunub ki, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkəti Pirallahı rayon Məhkəməsinin sədri Faiq Qasımovun oğluna məxsusdur və Vəkillər Kollegiyası bu şirkətlə müqavilə bağladığı üçün kollegiya üzvləri xüsusi endirimlərdən istifadə edirlər.
Bağırov kollegiyanın şirkətlə hansı şərtlərlə müqavilə bağlamasını sorğulayıb.
Bildirilir ki, bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib. Onun üzr istəməsi və 1000 manat cərimə ödəməsi tələb edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-10-2023, 21:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər