Bu gün "Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!" sözlərinin müəllifinin vəfat etdiyi gündür...
Bu bizik?!
Bu gün ilk müstəqillik illərindən bu günümüzə qədər dillər əzbəri olan "Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!" sözlərinin müəllifinin vəfat etdiyi gündür...
M.Ə.Rəsulzadənin və bütün mühacirdəkilərin sevimli şairi...O, əkcə istiqlal şair yox, tədqiatçı alim idi... Azərbaycanın ilk “qorqudşünas" alimi olub....
Tanıdığımız və tanımadığımız Əmin Abid Gültəkin...
Əhmədov Əmin Mütəllib oğlu 1898-ci ildə Bakıda anadan olub.. ...Atası daş yonan fəhlə, anası isə qadınlara “Quran” dərsləri keçən kasıb bakılı ailəsində dünyaya gəlib.
Tarixə balaca ekskursiya edək. Onun Bakı xanı Hüseynqulu xanın nəslinə mənsub olduqlarını bildirir. Gəncə üsyanı zamanı şəhərin müsəlman əhalisinə divan tutmuş general Sisiyanov Bakıda öldürüləndən sonra Hüseynqulu xan Bakını tərk etmək məcburiyyəti qarşısında qalır. Lakin bu zaman Xanın Bakıdakı qohum-əqrabası çar ordusunun amansız cəza tədbirləri ilə üzləşir. Xan nəslindən sağ qalan tək-tük adamlardan biri isə Novruz adlı bir uşaq olur.
Min bir əzab-əziyyətlə böyüyüb boya-başa çatan və ailə-uşaq sahibi olan Novruz Əliabbas Müzniblə Əmin Abidin babası idi! Əliabbas Müzniblə Əmin Abidin ataları Mütəllib də atası Novruz kimi çox çətin gün-güzəran keçirməli olub. Daşyonan usta olan Mütəllibin çörəyi daşdan çıxıb. Anaları Reyhan tikiş tikməklə, uşaqlara və qadınlara "Quran" oxumağı öyrətməklə çörək pulu qazanıb, ailənin dolanışığını az-çox yoluna qoymaqda ərinə arxa-dayaq olub. 1898-ci ildə Bakıda doğulan Əmin Abidə ata-anası Zeynalabdin adını qoyub
Ana tərəfdən böyük Rəsulzadəyə qohum olan Əmin Abid həm də məşhur şair Azərbaycan şairi, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi Əliabbas Müznibin qardaşı idi. Araba düzəltməklə məşğul olan Müznib sonradan Bakının ən talantlı şairi və naşirlərindən biri olub. Əmin Abidin də püxtələşməsində böyük qardaşının rolu az olmayıb. Lakin sonralar Müznib 1938-ci ildə repressiya qurbanına çevrilir...
Əmin Abid birinci dəfə oxumaq üçün Türkiyəyə gedəndə darülfünun yoldaşı Nafiyə xanımla tanış olur və onların arasında böyük eşq münasibəti yaranır. Münasibətlər sonradan evliliyə çevrilir və əslən alban qızı olan Nafiyə xanım Əmin Abidin ömrünün sonuna qədər ona sadiq qalır. Əmin Abid tutulandan sonra Nafiyə xanım da Türkiyəyə qayıtmaq istəyir. Batumdan viza almaq istərkən, onu da tuturlar.
Ümumiyyətlə, Nafiə xanım haqqında çox az tədqiqatlar aparılmışdır. Onun həyat və fəaliyyətini araşdıran əsas şəxs Azərbaycan alimi Əli Şamil olmuşdur. O, araşdırmalarının nəticəsi olaraq, "Nafiə xanımın acı taleyi" adlı elmi əsər hazırlamış, dəfələrlə mətbuatda bu barədə yazılar dərc etdirmişdir.
Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində də xüsusi olaraq vurğuladığı Gültəkin imzalı şair uzun müddət arxivlərdə sirr kimi saxlanılıb. Məşhur Gültəkin imzasının Əmin Abidə məxsus olmasını sübuta yetirmək üçün araşdırmaçılar uzun müddət çalışıb. Onlardan biri də hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda çalışan filoloq alim Əli Şamildir.
DTK serjantı Avakova da Nafiə xanımı axtarıb tapmaq və həbs etmək haqda əmr verilibmiş. Həbs edilərkən 165920 nömrəli qızıl qol saatını, brilyant sırğalarını, iki ədəd qızıl üzüyünü və b. bəzək əşyalarını da əlindən alırlar. Ağır keçən istintaq prosesinin yekununda protokoldan çıxarda belə yazılır:
"Əhmədova Nafiə Şükrü qızı çox təhlükəli ünsür kimi islah-əmək düşərgəsində saxlansın. Cəza müddəti 1938-ci il avqustun 11-dən hesablansın". Nafilə xanımın cəza müddətini keçib keçmədiyi haqda və onun Türkiyədəki məlumatlar yox dərəcəsindədir.
"Sən ey xəyanətə, zülmə bir yuva,
Ey qızıl Moskva, vəhşi Moskva!" deyən Əmin Abid 1938-ci ilin iyulun 14-də casusluqda suçlandırılaraq həbs edilir.
İstintaq işindəki aktdan çıxarışda bildirilir ki, 19 oktyabr 1939-ci il qərarına əsasən Əhmədov Əmin Abid Mütəllibzadə 21 oktyabr 1938-ci ildə saat 21:30 da “vətən xaini” kimi güllələnmişdir.”.
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Evet gönüllər coşdu bir sevincin gücüylə
Istiqlal sevinciylə, istiqlal sevinciylə...
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal, o vətənın göğsünden yüksələn ay.
İstiqlal, o sümüktən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır,
Hansı bir erkek onu düşmənlərə qaptırır?
Anaların saçından ördüğü bir bayrağı
Hansi erkek çıxıb edəcək baş aşağı?!

Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
28 May 1919.
"Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir.
Ruhu qarşısında baş əyirəm Baba Allahnəzərov
Teref.az
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2023, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər