reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ermənilər hücum edəndə Vaqif Xaçaturyan da qardaşı ilə orada idi” – Meşəli sakini + Yenilənir

reklam

“Ermənilər hücum edəndə Vaqif Xaçaturyan da qardaşı ilə orada idi” – Meşəli sakini + Yenilənir


















Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

RegionXəbərləricom.az APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Meşəli hadisələrində zərərçəkmiş, şəhid Milli Qəhrəman Kamil Eyyubovun hüquqi varisi Esmira Eyyubova deyib ki, həyat yoldaşı könüllü olaraq orduya yazılıb: "Ermənilərin azərbaycanlılara qarşı Qarabağda törədikləri cinayətlərdən sonra yoldaşım könüllü olaraq cəbhəyə getdi. Meşəli hadisələrində ağır yaralanmışdı, mühasirəyə alıb şəhid ediblər".

Daha sonra ifadə verən zərərçəkmiş Meşəli sakini Qərib Cəbiyev deyib ki, hadisələr zamanı 10 yaşı olub. Zərərçəkmiş bildirib ki, ermənilər kəndə hücum edəndə çaydan keçib və ayaqları donub: "Üç ay müalicə aldım. Vaqif deyir ki, həmin hadisələrdə iştirak etməyib, elə deyil”.

O, Meşəliyə hücumda Badara kəndindən olan qadınların da iştirak etdiyini deyib: “Onların qadınları da gəlmişdilər. Kəndi talan edirdilər. Biz hər vəhşiliyi görmüşük. Atam kənddə qaldı döyüşdü, biz isə meşə yolu ilə kənddən çıxdıq. Həmin hadisələr zamanı anam Solmaz da xəsarət alıb. Atam sonradan danışanda hücum edənlərdən Vaqifin, qardaşının adını çəkirdi".

Proses sabah davam etdiriləcək.

11:05 

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verir.

Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Elnarə Babayevanın məhkəməyə göndərdiyi teleqram elan olunub. O, iki azyaşlı övladı ilə Qəbələdə yaşadığını, məhkəməyə gələ bilməyəcəyini bildirib. Elnarə Babayeva istintaqa verdiyi ifadəni təsdiqləyib və Vaqif Xaçaturyana ən ağır cəza verilməsini istəyib.

Prosesdə zərərçəkmiş şəxs qismində Alış Alışov dindirilib.O bildirib ki, atışma olan zaman kənddə ailəsi ilə olub:

“Bunlar bizim kəndə 1000-dən çox adamla hücuma keçdilər. Badara kəndinin hamısı üstümüzə gəldi. Vaqif, Armais və digərləri orada idi. Kənd sakini Qəniməti balta ilə vurdular. Vaqifi şəxsən gördüm. Qəniməti baltalayandan sonra hətta güllələyiblər. Vaqif indi boynuna almasa da, şəxsən bu da, qardaşı da, yaxınları da Meşəli hadisələrində iştirak edib. Mən Məşəli məktəbinin direktoru olmuşam. Vaqif məni yaxşı tanıyar”.

Təqsirləndirilən şəxs hadisə günü orda olmadığını iddia edib.

Zərərçəkmiş isə bildirib ki, hadisə günü kənd sakini Sadayın evinin qabağında onu şəxsən görüb: “Yaşlı anamı da snayper vurub öldürdü. Bizim kəndi ilk “Alazan”la vurdular. Çörəyimizi yeyənlər bizə xəyanət elədilər. Kəndimizi mühasirəyə almışları. Bir Laçın istiqamətinə piyada yolumuz qalmışdı. Ev-ev, küşə-küçə döyüşlər getdi. İndi boynuna almırsan. Vaqif, adamın kişiliyi olar, boynuna al. Kəndimizdən 25 nəfər şəhid oldu, çoxusunun da meyitini yandırmışdılar. Bu dəhşətli faciə heç yerdə görülməmişdi. Ernest, Armais, Salvik, Vaqif Badara ermənilər idi, hadisələrin başında bunlar dururdu”.

***10:48 

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verəcək.




Paylaş:


Müəllif : Tarix:
24-10-2023, 12:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər