reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Anar Vəziroğlunun belə arvadı ola bilməz!” - Sərt açıqlama

reklam

“Anar Vəziroğlunun belə arvadı ola bilməz!” - Sərt açıqlama















Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyalarının müsadirə olunması ilə bağlı məhkəmə prosesi davam edir. 

Böyük Britaniyanın Milli Cinayət Agentliyi Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatları tam açıqlayıb. 

20 milyon dollarlıq qızıl qalmaqalı yenidən Z.Hacıyevanın adı ətrafında gedən müzakirələri qızışdırdı. Bəziləri qadınların pul hərisi olduğunu iddia edərək onların ərlərini yanlış yollara sürükləməyə məcbur etdiyini bildirib. 

Mövzu ilə bağlı danışan tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu bu kimi hadisələrdə bütün qadınların ittiham olunmasının əleyhinə olduğunu bildirib: 

“Zamirə Hacıyeva ilə bağlı məsələ 10-15 il bundan əvvəl də gündəmə gəlmişdi. Həmin vaxt mən “Addım” qəzetində baş redaktor idim, onda da həmin xanıma haqq qazandırmadım və hüquq-mühafizə orqanlarının onu bağışlamamalı olduğunu bildirdim. Biz belə mövzularda gərək ümumi olaraq qadınların adından danışmayaq. Axı Azərbaycan qadını təkcə Zamirə və onun kimilərdən ibarət deyil. Belə qadınlar 3-5, müasir dövrdə ən çox 15 nəfər ola bilər. 10 milyonluq xalqın 53 faizi - qadınlar bu zümrəyə aid deyil.

Belə qadınlar o kişilərin arvadlarıdır ki, həmin kişilər özləri də qudurublar. Necə ki, Cahangir Hacıyev Beynəlxalq Bankı məhv eləmişdi... 

Bu arvadlar Anar Vəziroğlunun yaxud başqa bir ziyalının arvadı ola bilməz. Ona görə yox ki, mən istəmirəm, ona görə ki, onlarla oturub durmuram. Oğlan qızı toyda, qonaqlıqda görüb bəyənir, amma mənim toyuma bank müdiri, hansısa məmur gəlmir. Onlar həmin şəxslərdir ki, hamısı eyni – yüksək zümrədədir və bir-birləri ilə bəhsə-bəs aparırlar. 20 milyon dollarlıq qızıl-zinyət əşyası insanlara çox görünə bilər, ancaq çox deyil, insan xisləti elədir ki, bu gün 10 manatı varsa, sabah 15 istəyər, 15 olanda 25 istəyəcək, insanın gözü heç vaxt doymur. Ona görə, sonda öləndə insanın gözünə torpaq qoyurlar ki, ay bədbəxt, sən bu dünyadan özünlə hər şeyi apara bilməzsən!” 

Onun sözlərinə görə, qadınlar ərlərinin kim olduğunu, nəyə sahib olduğunu yaxşı bilir və buna uyğun davranırlar:

“Bizdə bəzi şeylər tərs-məzhəbdir. İnsanlar düşünür ki, əgər hansısa qadın ərindən ev istəyirsə, o görməmişdir. Xeyr! Çünki o qadın bilir ki, ərinin altında 10 ev alacaq qədər pul var. Heç vaxt belə bir şey ola bilməz ki, pulu olmayan kişi hər qadına ev bağışlasın. 

Hər şey insanın aldığı tərbiyədən və dünyagörüşündən asılıdır. Bu yaxınlarda bir xəbər çıxdı, kişi avtobusda tanımadığı qadınlara sırtıqcasına nömrəsini verirmiş. Normal kişi bunu edərmi? İnsan əgər ailədən tərbiyə almayıbsa, fərqi yoxdur Amerikada, Polşada, Almaniyada yaxud Azərbaycanda olsun, o özünü birüzə verəcək”. 




Paylaş:


Müəllif : Tarix:
25-10-2023, 14:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər