Bank VTB 7 milyon manat kiçilib, mənfəəti 1 milyon azalıb
“Bank VTB Azərbaycan” 2023-cü ilin ilk 9 ayını 8,64 milyon manat xalis mənfəətlə başa vurub.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% və ya 927 min manat azdır. Halbuki, 2022-ci ilin eyni dövründə bank 9,57 milyon manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə bank 1,4 milyon manat əməliyyat mənfəəti əldə edib.
“Bank VTB Azərbaycan” bu il 3% kiçilib. Belə ki, cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 7.2 milyon manat azalaraq 231,24 milyon manata enib. Cari ilin ilk 9 ayında “Bank VTB Azərbaycan”ın kredit portfeli 15.3% və ya 24.4 milyon manat artaraq 184,3 milyon manata çatıb.
Bu dövrdə “Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 142,3 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 10% və ya 15.9 milyon manat azdır. Bankın depozit portfeli isə cari ilin ilk 9 ayında 24.2% və ya 23 milyon manat azalaraq 71.8 milyon manata enib.
2023-cü il oktyabr ayının 1-nə “Bank VTB Azərbaycan”ın cəmi kapitalı 88,95 milyon manata bərabər olub ki, bu da ilin əvvəlinə nisbətən 10.9% və ya 8,7 milyon manat çoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-10-2023, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər