reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Mən ağsaqqalam” deyib, özünü çox düşük aparanlar var”

reklam

“Mən ağsaqqalam” deyib, özünü çox düşük aparanlar var”















El arasında belə bir deyim var: “Ağsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar”. Bu sözlər azərbaycanlıların həyatında əsas meyarlardan biri olub. Ağsaqqala, ağbirçəyə hörmət və ehtiram ta qədimdən türk dünyasının, o cümlədən bütöv Azərbaycanın milli mentalitetində özünə önəmli yer tutub.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan  tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu bildirib ki, zəmanə dəyişib, artıq nə böyüyə hörmət var, nə də ağsaqqal və ağbirçəyə:

“Bəzən problemləri, mənfi hadisələri görəndə deyirlər ki, əvvəllər də belə olub. Xeyr! Əvvəllər heç də bu cür olmayıb, o vaxt ağsaqqalın, ağbirçəyin, elin qınağı vardı. İndi bunu edən guya psixoloqlardır. Boş şeylərdir, hamısı efirlərə çıxıb pasiyent cəlb etməyə çalışırlar. 

Onların danışığından belə çıxır ki, 10 milyonluq əhalinin 7 milyonunun psixoloqa ehtiyacı var. Azərbaycanda insanların psixoloqa deyil, ağsaqqala, ağbirçəyə ehtiyacı var. Təbii ki, ağsaqqal özü də bu xalqa nümunə olmalıdır. Mən kənddə böyümüşəm, amma bu gün kəndə gedəndə görürəm ki, ağsaqqalı heç it yerinə qoyan da yoxdur. Belə olan halda, hansı gənc mənfi xüsusiyyətlərini görüb onu dəyişdirməyə çalışar?”.

Yazıçı Seyran Səxavət isə bildirir ki, qürub yaşına çatmış hər kəsə ağsaqqal zirvəsində dayanmaq nəsib olmur. Onun sözlərinə görə, yaşanmış illər, təkcə yaş faktoru bunun üçün kifayət etmir:

“Ağsaqqala hörmət yoxdur” sözünü hər kəsə, hər yerə şamil etmək olmaz. Baxır yerinə, görək ağsaqqala hörmət etməyən hansı nəsil, hansı tayfa, hansı genetik koddur, hansı kənddir. Amma bu fikir haradasa doğrudur, indi hər şey əvvəlki kimi deyil, bu sözlərdə həqiqət var, lakin “bu hər yerdə belədir” deyib ümumiləşdirmək də qətiyyən düzgün deyil. Hər nəsil eyni deyil, baxır insan hansı ailədə böyüyüb, necə tərbiyə alıb. 

Haqq üçün demək lazımdır ki, hər ağsaqqal da eyni olmur. Yaşına baxıb “mən ağsaqqalam” deyib, amma özünü çox düşük aparan adamlar da var. Heç bir hörmətə, diqqətə layiq olmayan şəxslər var, onlara ağsaqqal demək olarmı?! İnanın səmimiyyətimə, əgər bu gün ağsaqqala hörmət azalıbsa, günahı elə ağsaqqalların özündə axtarmaq lazımdır. Kim olur olsun, lap qalınqabırğa biri olsa da, qarşısında ləyaqətli adam görəndə o, “sınır”, avtomatik qarşısındakına hörmətlə yanaşır”. 




Paylaş:


Müəllif : Tarix:
28-10-2023, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər