reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyalı milyarder Fransada saxlanıldı

reklam

Rusiyalı milyarder Fransada saxlanıldı


















Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb.

Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Nəşr Milli Maliyyə Prokurorluğuna istinadən şübhəlinin Parisdəki evində və Sen-Tropedəki villasında aparılan axtarışlardan yazıb.

Qeyd olunur ki, Korrupsiyaya, maliyyə və vergi hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları, həmçinin 40-a yaxın xüsusi təyinatlı ərazisi 2 hektardan çox olan villadakı istintaq-əməliyyat tədbirlərində iştirak edib. Bildirilir ki, təhlükəsizlik qüvvələri villada “pul qutuları” tapıblar.

Qəzet Kuzmiçevi “Rusiyanın ən nüfuzlu adamlarından biri” adlandırıb və onun Ukraynadakı hadisələrlə bağlı Aİ sanksiyaları altında olduğunu qeyd edib. O, Fransa ərazisində olarkən sanksiyalar siyahısına salınıb.

Prokurorluğun məlumatına görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları ilə bağlı şübhələrə, eləcə də digər qanun pozuntularına, o cümlədən “sanksiyaların pozulmasına” aiddir.

Kuzmiçev ötən il martın 15-dən Aİ-nin sanksiyaları altındadır.

Qeyd edək ki, “Alfa Group”un həmtəsisçisi Aleksey Kuzmiçevi ABŞ da 16 avqust 2023-cü ildə qara siyahıya salıb.




Paylaş:


Müəllif : Tarix:
31-10-2023, 11:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər