Bağçada işləmək istəyənlərin nəzərinə!
Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən (ETN) verilən məlumata görə, ümumilikdə ölkə üzrə 17 mərkəzdə təşkil olunacaq imtahanlara 5 038 namizəd dəvət edilib.
Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara dair 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır.
Bu mərhələdə tapşırıqların hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Qeyd edək ki, namizəd şəxsi səhifəsində göstərilən tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-10-2023, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər