Sərhədsiz Reportyorlar Təşkilatı jurnalistlərin ölümü ilə bağlı BCM-ə müraciət etdi
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) oktyabrın 31-də fələstinli və israilli jurnalistlərə qarşı hərbi cinayətlər törədilməsi iddiası ilə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) şikayət edib.
Bu barədə təşkilat öz rəsmi saytında məlumat dərc edib.
“Təşkilatın BCM-yə etdiyi bu şikayət İsrailin Qəzzada mülki əraziləri bombalaması nəticəsində həlak olan səkkiz fələstinli jurnalistə, həmçinin, oktyabrın 7-də HƏMAS-ın hücumunu işıqlandırarkən öldürülən israilli jurnalistə aiddir”, - məlumatda deyilib.
RSF qeyd edir ki, İsrailin zərbələri nəticəsində fələstinli jurnalistlərin həlak olması beynəlxalq humanitar hüquqda “fərq qoymadan hücum” kimi təsnif edilir və hətta İsrailin hərbi hücumlarının hədəflərinin hərbi xarakterinə baxmayaraq, müharibə cinayəti sayıla bilər.
“Xüsusilə, Qəzzada jurnalistlərə qarşı beynəlxalq cinayətlərin miqyası, şiddəti və təkrarlanan xarakteri BCM prokuroru tərəfindən prioritet məsələ kimi araşdırma tələb edir. Biz bunu 2018-ci ildən bəri tələb edirik. Mövcud faciəvi hadisələr onu göstərir ki, BCM tərəfindən cinayətkarlara qarşı təcili tədbirlər görülməlidir”, - məlumatda bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2023, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər