reklam
Regionxeberlericom.az » Cəmiyyət » Priqojinin oğlu "Vaqner"in rəhbəri oldu – KİV

reklam

Priqojinin oğlu "Vaqner"in rəhbəri oldu – KİV


















Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojinin oğlu Pavel Priqojin Rusiya Qvardiyasının tərkibindəki özəl hərbi şirkətin “Vaqner”in (PMC) rəhbəri olub.

Yeniavaz.com 59.ru portalına istinadən xəbər verir ki, bu barədə qurumun Permdəki nümayəndəsi məlumat verib.

Mənbənin bildirdiyi kimi, vaqnerçilər indi Rusiya Qvardiyasının tərkibinə daxildir və onun bir hissəsidir.

























Pavel Priqojin

Qeyd olunur ki, “Vaqner”ə yenidən könüllülər cəlb olunmağa başlayıb. Lakin qurum nümayəndəsinin sözlərinə görə, bir fərq var:

“Biz yalnız mülki şəxsləri qəbul edirik”.

Qeyd edək ki, bəzi “Telegram” kanallarında “Vaqner”ə üzv olmaq istəyən hər kəslə müqavilə bağlanacağı barədə məlumatlar yayılıb.

“Onlar 20-55 yaş arası vətəndaşlarla müqavilə bağlamağa hazırdırlar”, - məlumatlarda bildirilib.

Qeyd edək ki, avqustun 23-də Tver vilayətində “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb. Rəsmi məlumatlara görə, “Embraer Legacy 600” markalı təyyarə Şeremetyevodan Sankt-Peterburqun Pulkovo şəhəri istiqamətində havaya qalxıb və 26 dəqiqə sonra təyyarə radarlardan itib. Qəzada 10 nəfər, həmçinin Y. Priqojin həlak olub. Hadisə ilə bağlı cinayət işi açılıb.




Paylaş:


Müəllif : Tarix:
2-11-2023, 14:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər