reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sən saydığını say, Ramiz Zeynalov da PULLARI SAYSIN...

reklam

Sən saydığını say, Ramiz Zeynalov da PULLARI SAYSIN...















Dəfələrlə KİV-də, sosial şəbəkələrdə internet üzərindən edilən, tükürpədici paylaşımlardan biri qarşıma çıxdı.Yağmur Əliyevanın 27.10.2023-cü il tarıxdə, "Facebook" səhifəsində çörəyi köhnə "Moskviç" markalı avtomobilindən çıxan Müslümov Taleh Tahir oğlunu, Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşlarının saxladığını və ondan 50 manat pul istədiklərini, "5 manat hörmət edərəm" deyən sürücünü, sonda Yol Polisi əməkdaşlarının aşağılaması barədə paylaşımı oxuyan istənilən insanı narahat etməyə bilməzdi.

Təsvir olunan mənzərə ilə bağlı apardığımz aşağıdakı araşdırmalar və təhlillər barədə məlumat verməyi özümüzə borc bildik.

Araşdırmamız nəticəsində məlum oldu ki, respublika üzrə nəqliyyat vasitələrinin sayı 2021-ci ildə 1.566.743 ədəd, 2022-ci ildə isə 1.645.253 ədəd olmuşdur. Məqsədimizə çatmaq üçün bir ili götürmək kifayət edərdi. Ona görə iki ili götürdük ki, birincisi, görəsiniz ki, ölkəmizdə nəqliyyat vasitələrinin artımında da inkişaf var. İldən ilə nəqliyyat vasitələrinin artım sayı gözünüzün qabağındadır. Demək, 2023-cü ildəki nəqliyyat vasitələrinin sayı barədə konkret məlumat ala bilməsək də, bilirik ki, bu say 2022-ci ilə nisbətən çoxdur.

Yuxarıda təsvir olunan mənzərədən gördünüz ki, Yol Polisinin əməkdaşı 5 manata yiyə durmur, azlığından narazılıq edir.

Onda keçək əsas mətləbə! ..













Əgər qəbul etsək ki, Yol Polisinin əməkdaşı 5-cə manata qane olur, hansı ki, bu da cinayətdir. Onda belə çıxır ki, Yol Polisi, bir gündə Respublika üzrə (1.645.253 nəqliyyat vasitəsi X 5 manat) = 8.226.265 (səkkiz milyon 226 min 265) manat qanunsuz pul yığır. Nəbadə kimsə fikirləşər ki, bəlkə, bir gündə 1.645.253 ədəd nəqliyyət vasitəsi yola çıxmır. Çıxmasa belə, ağlınızdan elə bir şey keçirməyin. Çünki, alınan 10,20, 50 manatları da nəzərə almışıq. Sizlərin diqqətinizə onu da, çatdırmaq istəyirik ki, biləsiniz, qanunsuz ciblərə yığılan bu 5 manatların, cərimədən yığılan pullara heç bir aidiyyəti yoxdur.

Apardığımız araşdırmadan, təhlillərdən belə qənaətə gəlmək olur ki, yol polisləri bir ayda 5-cə manatdan (8.226.265 manat X 30 günə) 246.787.950 manat pul yığır. Bu da bir ildə (246.787.950 manat X 12 aya)= 2.961.455.400 (iki milyard 961 milyon,455 min 400) manat pul deməkdir.

Araşdırmamız nəticəsində məlum oldu ki, Ramiz Zeynalov 1994-cü ildən BDYP idarəsinin rəisidir. Yəqin ki, burada nəsə baş sındırmağa, nəyisə kəşf etməyə ehtiyac yoxdur. Sadəcə hesablama göstərir ki, Ramiz Zeynalov 30 ildir BDYP İdarəsinin rəisi vəzifəsində işləyir. Baxmayaraq ki, Ramiz müəllimin təqaüdə çıxma yaşı çoxdan keçmişdir, o, yaşda DİN sistemində əməkdaş yoxdur, onun həmyaşıdları vaxtlı-vaxtında təqaüdə göndərilmişdir. O hələ də vətəndaşlardan qanunsuz pullar alan Yol Polisi əməkdaşlarının birbaşa rəisidir. Əgər desək ki, Yol Polisi əməkdaşlarının, vətəndaşlardan pullar tələb edib almasından rəisin - Ramiz Zeynalovun xəbəri yoxdur, ancaq özümüzü aldatmış olarıq...

Unutmayaq ki, müdriklər demişlər: “dama-dama göl olar”! Aparılmış araşdırmalar və təhlilər isə onu deyir ki, 5-cə-5-cə yığılan bu manatlar ilin sonunda 2.961.455.400 (2 miyard 961 min 400 ) manat olurmuş...

Polis vətəndaşların güvənc yeridir, Polis əsayişin qoruyucusudur, Polis torpaqlarımızın bütövlüyü uğrunda canından-qanından keçən, gələcək nəsillərə, gənclərə örnək olan, vətənpərvərlik aşılayan şəhidlərdir...

BDYP İdarəsinin rəisi Ramiz Zeynalovun və tabeçiliyində olan Yol Polisi əməkdaşlarının, hətta heç kimin Polis adına kölgə salmağa haqqı yoxdur?

Bu gün, 200 ildən sonra Zəfərin, qalibiyyətin dadını bizlərə dadızdıran, qürurla başımızı dik tutmağı, bizlərə fərəh hissi yaşadan Dövlət Başçısının etimadından-etibarından sui-istifadə edərək, vəzifə sələhiyyətlərinin hüdudlarından kənara çıxan, vəzifə səlahiyyətlərini aşaraq dövlətin əmlakinı mənimsəyən, korrupsiya ilə, rüşvət toplamaqla məşğul olan məmurlar bilməlidirlər ki, bir gün, növbə onlara da çatacaqdır, Dövlət Başçısının haqlı qəzəbinə tuş gələcəklər və qanun qarşısında cavab verməli olacaqlar.

Hesab edirik ki, bu araşdırma-təhlil Azmedia.info.az-da getdikdən sonra, məlumatın səhihliyi aidiyyəti qurumlar tərəfindən araşdırılacaqdır və qarşısının alınması istiqamətində qanunvericiliyin tələblərinə müvafiq tədbir görüləcəkdir.

Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili üzrə İqtisadçı ekspert

B.Abdullayev.




Paylaş:


Müəllif : Tarix:
3-11-2023, 09:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər