Gələcəkdə Azərbaycanda ov qadağan edilə bilər
Azərbaycanda ovun qadağan edilməsi yaxın gələcək üçün istisna deyil. Əgər belə bir tələb olarsa, bu məsələyə baxmaq mümkündür.
RegionXəbərləricom.az APA-ya xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev deyib.
O bildirib ki, bu, heyvan populyasiyasının artımına müsbət təsir göstərən amildir: “Belə bir təcrübə dünyada mövcuddur. Bu məsələyə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yox, Zoologiya İnstitutu ilə birlikdə baxılmalıdır. Bu məsələdə maraqlı tərəflər də kifayət qədərdir”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, ovçuluğun tamamilə qadağan edilməsi mümkün deyil, lakin ən azından bir neçə ilə ovun məhdudlaşdırılması mümkündür: “Lakin bu zaman bütün maraqlı tərəflərlə razılığa gəlmək lazımdır. Bu sahədən gəlir əldə edən şirkətlər, yerli icmalar var. Bu istiqamətdə ictimai dinləmələr keçirilməli, ictimaiyyətin fikri öyrənilməlidir”.
Hikmət Əlizadə, həmçinin qeyd edib ki, insan həyatı hər şeydən önəmli olduğu üçün vəhşi heyvanın hücumu zamanı ən son zərurət halında o öldürülə bilər və bu zaman vətəndaş məsuliyyətə cəlb edilmir:
“Lakin vətəndaş mütləq yerli idarəyə müraciət etməli, məlumat verməlidir. Son illər əhalinin sayının çoxalması ilə yaşayış məntəqələrimizin də sayı artıb və nəticədə meşələrin yaxınlığında evlər var. İndi kəndin ən ucqar evi meşənin yaxınlığındadır. Həmin evlərdə yaşayış var və bu heyvanları cəlb edir. Azərbaycan fauna baxımından çox da zəngin ölkə deyil. Bu gün hər bir növün qorunması çox vacib haldır. Vəhşi heyvanların hücumu zamanı insanlar özünümüdafiə tədbirləri görməlidirlər. Silah varsa, havaya atəş açmalıdırlar. Vəhşi heyvanların hücumu intensiv hal aldığı zaman ETSN-nin əməkdaşları əraziyə gedir, müəyyən tədbirlər görürlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2023, 17:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər