reklam
Regionxeberlericom.az » Cəmiyyət » Neymarın meydana qayıdacağı tarix bilindi – Həkimi açıqladı

reklam

Neymarın meydana qayıdacağı tarix bilindi – Həkimi açıqladı

















Braziliyalı ulduz hücumçu Neymar əməliyyatdan sonra artıq xəstəxanadan evə buraxılıb.

“24news” xəbər verir ki, o, bərpa prosedurunu evdə davam etdirəcək.

Futbolçunu əməliyyat edən həkim Rodriqo Lasmar Neymarın iyunda meydana qayıda biləcəyini bildirib. Bu isə ulduz forvardın yayda keçiriləcək ənənəvi Amerika Kubokuna qatılacağı anlamına gəlir.

Xatırladaq ki, braziliyalı forvard ötən yaydan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir.

Neymar oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub. O, ötən həftə əməliyyat olunub




Paylaş:


Müəllif : Tarix:
6-11-2023, 12:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər