Levon Köçəryan azadlığa buraxıldı – Yenilənib
Ermənistanın “Hayastan” fraksiyasının deputatı Levon Köçəryan azadlığa buraxılıb.
“Sputnik Ermənistan” xəbər verir ki, onu “Nubaraşen” cəzaçəkmə müəssisəsinin önündə yoldaşları qarşılayıblar.
“Bu absurddur. Mənim başıma gələnlər göstərdi ki, dörd polis əməkdaşı tərəfindən işgəncəyə məruz qalan şəxs özü necə həbs oluna bilər. Artıq bir neçə ildir ki, hüquqi xaosun şahidi oluruq, lakin hakimiyyət daha çox şeyə hazır olduqlarını nümayiş etdirir”, - o, jurnalistlərə müsahibəsində bildirib.
Köçəryan ona qarşı işin uydurma olduğunu təkrarlayıb və hakimiyyətin onu yenidən həbs etməyə çalışacağını istisna etməyib:
“Şərtlər adi məhbusla eyni idi. Təbii ki, qondarma iş üzrə həbsdə olmaq xoşagəlməzdir, amma bu, mübarizədir və təslim olmaq lazım deyil”.
***16:42
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu, küçə nümayişi zamanı polisləri döyməkdə ittiham edilərək həbs edilən Levon Köçəryan deputat mandatı alıb.
Bu barədə qərar respublika Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.
“Mərkəzi Seçki Komissiyası bildirir ki, Milli Assambleyanın (parlament nəzərdə tutulur) “Ermənistan” blokunun mandatını növbəti namizəd Levon Robertoviç Köçəryan alır”, - MSK sədri Vaaqn Hovakimyan bildirib.
Qeyd edək ki, bundan əvvəl “Ermənistan” fraksiyasını təmsil edən həkim Armen Çarçyan deputat mandatından istefa verdiyini, seçki siyahısında ondan sonra gələn daha 4 namizəd də parlamentdə yer almaqdan imtina etdiyini açıqlamışdı. Buna görə də, nəticədə, mandatı növbəti namizəd Köçəryanın oğlu Levon Köçəryan alıb.
Onun vəkil komandası artıq bəyan edib ki, Levon Köçəryan artıq mandatı aldığı üçün deputat toxunulmazlığı var və o, bundan sonra həbsdə qala bilməz.
Xatırladaq ki, Ermənistanın keçmiş liderinin oğlu sentyabrın 22-də hökumət əleyhinə nümayiş zamanı saxlanılıb və o, dörd polis əməkdaşını döyməkdə ittiham olunur. O özü isə bu ittihamları rədd edir. Vəkil qrupu isə hesab edir ki, bu həbs daha çox Levon Köçəryanın və onun atasının siyasi baxışları ilə bağlıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2023, 21:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər