reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazirlik Ramiz Mehdiyevə bağlı məşhur şirkəti cərimələdi

reklam

Nazirlik Ramiz Mehdiyevə bağlı məşhur şirkəti cərimələdi


















İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Kaspian Telekom” MMC barəsində protokol tərtib edib.

“Kaspian Telekom” MMC istehlakçı ilə bağlanan abunə müqaviləsinə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.

Qəbul edilən protokola əsasən “Kaspian Telekom” MMC-nin dörd min manatdan altı min manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, “Kaspian Telekom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna fiberoptik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. “Kaspian Telekom” MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, “Kaspian Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiberoptik infrastruktura malik olan və SWİFT xidmətini göstərən ən böyük şirkətdir.

28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, m. 17”də yerləşir.

Qeyd edək ki, “İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kəmalə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.

“Kaspian Telekom” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.

Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.





Paylaş:


Müəllif : Tarix:
7-11-2023, 16:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər