reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kadırovun oğullarına “Vətənin şərəfi” ordeni verildi

reklam

Kadırovun oğullarına “Vətənin şərəfi” ordeni verildi


















Çeçenistan parlamentinin sədri Maqomed Davudov Çeçenistan rəhbəri Ramzan Kadırovun oğulları - Əhməd, Əli və Adam Kadırovlara “Vətənin şərəfi” ordenini təqdim edib.

Bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat yayıb.

“Əhməd, Əli və Adam “Vətənin Şərəfi” ordeni ilə təltif ediliblər. Mükafatları Çeçenistan Respublikası Parlamentinin Sədri Maqomed Davudov təqdim edib. Əhməd, Əli və Adam gənc nəsil üçün nümunədir”, - Dudayev Teleqram kanalında yazıb.

Bildirilib ki, bu ordenlə ictimai faydalı fəaliyyətin müxtəlif sahələrində müstəsna istedad, mənəvi-əxlaqi keyfiyyətlər, elmi və praktik nailiyyətlər, yüksək peşəkarlıq və bacarıqlar nümayiş etdirmiş vətəndaşlar təltif edilir.

Xatırladaq ki, oktyabrın sonundan etibarən 15 yaşlı Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb. “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə”, “Ümmət qarşısında xidmətlərinə görə” və “Xidmətlərə görə” ordenləri ilə təltif edilib.

15 yaşlı Kadırov həmçinin “Kabardin-Balkar Respublikası”, eləcə də Tatarıstanın ikinci ən mühüm mükafatı – “Duslyk” ordeni ilə təltif edilib. Adam Kadırov noyabrın 5-də Çeçenistan rəhbərinin - atası Ramzan Kadırovun təhlükəsizlik departamentinin rəhbəri təyin edilib.




Paylaş:


Müəllif : Tarix:
9-11-2023, 21:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər