reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ərdoğan Atatürkün qəbrini ziyarət etdi

reklam

Ərdoğan Atatürkün qəbrini ziyarət etdi


















Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbiri ziyarət edib.

Onu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz və Prezident Administrasiyasının üzvləri müşayiət ediblər.

Eyni zamanda CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Bağçalı, İYİ Partiyanın sədri Meral Akşener, ali məhkəmə orqanlarının rəhbərləri, siyasi partiyaların nümayəndələri və digər dövlət məmurları də Anıtqəbiri ziyarət ediblər.

Mustafa Kamal Atatürkün gözlərini əbədi olaraq yumduğu anda – Türkiyə vaxtı ilə saat 09:05-də bütün ölkədə dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anıtqəbirdə Türkiyənin Dövlət Himni - “İstiqlal marşı” səsləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

O, 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.




Paylaş:


Müəllif : Tarix:
10-11-2023, 12:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər