reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tanınmış mütəxəssisdən universitetlərlə bağlı nazirliyə təklif

reklam

Tanınmış mütəxəssisdən universitetlərlə bağlı nazirliyə təklif


















“Ölkənin daha sürətli inkişafı üçün bütün universitetlərdə araşdırma mərkəzləri açılsın. 4 il ərzində  yenilənməmiş, köhnə və qədim “syllabus”lardan (tədris proqramı) “təhsil alan” tələbələrin sonradan hansısa kurslara gedib müəyyən texnologiyaları öyrənməyindənsə, bu təhsili univeristetdə alması lazımdır, bu “yaxşı edirsən, amma düz eləmirsən” məntiqinə uyğundur”.

Bunu tanınmış mütəxəssis, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Data idarəolunması departamentinin direktoru Kamran Ağayev sosial şəbəkə hesabından Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciətində bildirib.

O qeyd edib ki, universitetlərdəki tədris proqramları ciddi şəkildə dəyişdirilməli, müəllimlərin savadlılığı artırlmalıdır:

“2023-cü ildə universitetlərimizi 46 min bakalavr bitirir. Maraqlıdır, bu sayda məzunun neçə faizi öz ixtisası ilə çalışmağa davam edir, neçə faizi universiteti iflic formada bitirir və yenidən iş tapmaq üçün kurslara yazılır?

Universitetlərdə açılacaq bu araşdırma mərkəzləri dünyada baş verən həm elmi, həm texnoloji inkişafı çox ciddi şəkildə təqib etməli, həm universitet olaraq ölkəyə töhfə verməli, həm də ciddi araşdırmacı və savadlı tələbələr yetişdirməlidir. Ölkəmizin inkişafı üçün bu labüddür!”

Qeyd edək ki, K. Ağayev həm də “Azercell” şirkətində Data idarəolunması şöbəsinin və ADNSU-da fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini icra edir.




Paylaş:


Müəllif : Tarix:
13-11-2023, 14:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər