“Müxtəlif adamların adına yüksək məbləğdə kreditlər rəsmiləşdirilib”
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
RegionXəbərləricom.az "Report"a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Azərbaycan Beynəlxalq Bankının xüsusi nümayəndəsi bildirib ki, hadisə zamanı banka 17 milyon 765 min manat ziyan dəysə də, istintaq materiallarında bu məbləğ 6 milyon manat göstərilib.
Prokuror və hakim ittiham aktında zərərin 6 milyon 600 min manat olduğunu bildirib.
Mülki iddiaçının nümayəndəsi də çıxışında bank nümayəndəsi ilə fikrinin eyni olduğunu, banka dəymiş ziyanın həmin dövrün məzənnəsi ilə hesablanmalı olduğunu deyib:
“Əgər belə hesablanarsa, banka dəymiş ziyanın 17 milyon manat olduğu sübuta yetəcək”.
Prosesdə şahid qismində ifadə verən şahid Aydın Mehdiyev Cahangir Hacıyevin sürücüsü olduğunu qeyd edib:
“Həmin zamanlarda Cahangir Hacıyevin sürücüsü kimi çalışırdım. 2012-2013-cü illərdə Cahangir müəllim Beynəlxalq Bankdan kredit götürürdü. Məndən vərəqə imza atmağımı istədi və mən də yerinə yetirdim. Həmin kreditin məbləğindən, hara xərclənməsindən xəbərsizəm”.
Digər şahid Əbuzər Əliyevin sözlərinə görə, işə təzə girəndə hansısa sənədlərə qol çəkib:
“2010-cu ildə işsiz idim. Tekstil fabrikində fəhlə kimi işə başladım. Dünyamin Xəlilovun fabriki idi. 1 həftə keçmişdi mənim şəxsiyyət vəsiqəmi istədilər. Düşündüm işə qəbul olmaq üçündür, imzaladım. Amma o sənədlərin kredit üçün imzalandığından xəbərsiz idim. 2015-ci ildə uşağımın müalicəsi üçün Gürcüstana gedəndə yolda saxlanıldım. Dedilər ki, niyə 500 min manat borcu ödəmirsən? Bilmədim nədən danışırlar”.
Prosesdə bildirilib ki, Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyevin səhhətində problem yarandığından məhkəməyə gələ bilməyib. İclasda C. Hacıyevin ifadəsi elan olunub. O, ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına yüksək məbləğdə kreditlər rəsmiləşdirib:
“Ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub. Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə Prezidentin fərmanı ilə o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.
Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-11-2023, 19:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər