“Bu məscid tikilsə, azan səsi erməni kəndlərinə yayılar” - Gədəbəydən müraciət
“Yeni Müsavat”ın 17 avqust tarixli sayında Gədəbəyin Qoşabulaq (köhnə adı Keşişkənd) kəndindən reportaj təqdim eləmişdik.
Reportajda kənd sakinlərinin üzləşdiyi sosial problemlərdən, Keşişkəndin qazsız qalmasından, camaatın məcburiyyətdən meşələri qırmasından, habelə kəndin tarixindən yazmışdıq.
Kənd camaatı bizə danışmışdı ki, bolşeviklərin ilk gəlişində ermənilərin təkidi ilə qətlə yetirilənlər arasında Çar Rusiyasının Duma üzvü, Keşişkənddən olan Allahyar bəy Zülqədərov və ailə üzvləri də olublar.
Qətl zamanı Allahyar bəyin xanımı, inanclı insan Seyid Nisə xanım da güllələnərək şəhid olmuşdu. Onların oğlu və qızı da öldürülüblər, qalanları qaçaraq canlarını qurtarmışdılar.
Sakinlər bizimlə söhbətində onu da bildirmişdilər ki, onları narahat edən məsələlərdən biri kənddə Seyid Nisə xanımın məzarının yanında yarımçıq tikilmiş məscidin inşasını başa çatdırmaq imkanlarının olmamasıdır.
Onlar dövlət rəhbərliyinin bu məsələdə dəstək göstərməsini xahiş eləmişdilər. Görünür, sakinlərin müraciəti hələ aidiyyitı üzrə lazımi instansiyalara çatmayıb.
Ona görə də Keşişkəndin ziyalılarından biri Hacı Abbasqulu Kərbəlayi Mürsəloğlu redaksiyamıza təşrif buyuraraq ibadət evinin tikilməsində köməklik göstərilməsi üçün “Yeni Müsavat” qəzeti vasitəsilə bir daha prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya kənd sakinləri adından müraciət etdi.
Hacı Abbasqulu Kərbəlayi Mürsəloğlu “Yeni Müsavat”a bildirdi ki, özü din adamıdır, atası kərbəlayı olub: “O dövrdə atam Kərbəlaya gedəndə İranda saxlanmışdı. Ona demişdilər ki, bolşeviksiniz, nə niyyətlə Kərbəlaya gedirsiniz?
Çox sıxma-boğmadan sonra buraxmışdılar. Hətta həbs edə bilərdilər. Yəni atam o dərəcədə imanlı insan olub ki, hər bir riski gözə alaraq Kərbəlaya ziyarətə getmişdi. Mən də onun kimi Allaha bağlı, inanclı adamam. Bu müraciətimin qayəsi budur ki, Keşişkənddə tikintisi yarımçıq qalan məscidimiz dövlətin köməyi ilə inşa edilsin, inanclı adamların istifadəsinə verilsin".
Onun sözlərinə görə, Keşişkənd bəy kəndi kimi tanınır: “Allahyar bəy Zülqədərov Qafqazda və Çar Rusiyasında hörmətli bəylərdən olub. Onun II Nikolayın yanında olan kreslosu indi də Ermitajda saxlanır.
Bəy insanlara əl tutub, kömək edib. Mərdliyi ilə ad çıxarıb. Keşişkəndin meşələrinin salınmasında və qorunmasında xüsusi əməyi olub.
Amma bəylərə qənim kəsilmiş bolşeviklərin əlaltıları ermənilərin hiyləsinə aldanaraq Allahyar bəyi və ailə üzvlərini güllələyirlər, var-dövlətini talayırlar, 40 otaqdan ibarət mülkünü isə yandırırlar.
Bununla da iş qurtarmır, onların Keşişkənddə ümumi məzarlıqda dəfninə icazə verilmir deyə kəndin kənar ərazisində, təpənin üstündə torpağa tapşırılırlar. Dəfndə adamlar qorxusundan iştirak etmirlər, bir-iki adam olur.
Bu gün Keşişkəndin həmin yerində Allahyar bəyin, Seyid Nisə xanımın, oğlu Məmməd və qızı Şahbanunun məzarları var. Seyid Nisə xanımın cəddinə olan inamla bağlı onun məzarlığı həmişə ziyarətgaha çevrilib.
Hətta sovet vaxtı kəndin sakinlərindən biri olan Hüseynalı kişi oğlu əsgər gedəndə balasının sağ-salamat qayıtması üçün onun cəddinə nəzir deyərək, Seyid Nisə xanıma başdaşı düzəltdirməyə söz verir.
Vaxt-vədə yetişir, oğlu müharibədən salamat qayıdır, Hüseynalı kişi Seyid Nisənin qəbirdaşını sifariş verir, hazırlanır. Amma 1970-ci ilə qədər başdaşını gətirib məzarına qoya bilmir. Çünki sovet rejimi başdaşını ora gətirib qoymağa imkan verməyib.
1970-ci illərdə Abbasqulu müəllim və Göycə müəllim daşı gecə ilə gətirib Seyid Nisə xanımın torpağı üstündə qoyurlar.
Həmin vaxt bu hadisə ciddi narahatlığa səbəb olur, orqan işçiləri araşdırırlar, amma kimin əməli olduğu sübut olunmur".
Hacı Abbasqulu qəzetimizə qeyd etdi ki, müstəqillik dövründə, 1992-ci ildə kəndin iş adamı İlham Abdullayev Seyid Nisə xanımın adına məzarının yanında məscid tikmək qərarına gəlir:
“İş başlanır, tikinti gedir, bünövrəsi qoyulur. Amma onun səhhəti aman vermir ki, arzusunu axıra qədər başa çatdıra bilsin. Bu günə kimi tikinti yarımçıq qalıb.
Düz 30 ilə yaxındır ki, camaat yarımçıq tikilini qoruyur, dağılmasına imkan vermir. İntəhası, insanların məscidi tikdirib istifadəyə verməyə sosial şəraiti imkan vermir.
Ona görə kənd sakinləri olaraq xahiş edirik ki, prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Keşişkənddə Allah evinin tikintisinə kömək etsinlər.
Bu məscidin tamamlanması ümumilikdə dağlıq ərazidə yerləşən onlarla kəndin sakinlərinin dini etiqadını gücləndirər, İslam dininin bu ərazidə təbliğinə töhfə vermiş olar.
Biz bilirik ki, istər ölkə başçısı, istərsə Mehriban xanım, ölkəmizdə və daha geniş ərazilərdə islam və digər dinlərin adına olan abidələrin tikilməsində, bərpasında çox böyük xidmət göstərirlər. Onlar hər zaman məscidlərin tikilməsi, əsaslı təmiri üçün lazım olan dəstəyi göstəriblər.
Bu da onların İslam dininə olan böyük inamı və hörməti kimi xalq arasında qəbul olunur. Keşişkənd camaatı də bu dəstəyi arzu edir.
Əgər Seyid Nisə xanımın məzarının yanındakı məsciddən azan səsi eşidilsə, bütün Gədəbəyin kəndlərinə, dağlarına yayılar, hətta yaxınlıqdakı erməni kəndlərində də eşidilər".
Hacı Abbasqulu xatırlatdı ki, dövlət rəhbərliyinin təşəbbüsü ilə 2018-ci ildə böyük ziyarətgah olan Haçaqayaya gedən asfalt yol çəkilib: “Hər il ora gedən yüzlərlə ziyarətçi məhz Seyid Nisə xanımın qəbrinin yanından keçir və ona həmişə rəhmət oxuyur.
Biz çox istəyərdik ki, şəhid Seyid Nisə xanımın adına bu məscidimiz tikilib istifadəyə verilsin, hər il Haçaqayaya gedən yüzlərlə ziyarətçi burdan keçərkən məsciddə də ibadət eləsin, dualar oxusun.
Cəddinə böyük inam olan Seyid Nisə xanım bir azərbaycanlı qadın kimi də çox cəsarətli, öz dininə böyük hörmət edən və etdirən bir insan olmaqla yanaşı, ailəsini də yüksək qiymətləndirib.
Hətta güllələnmə dövründə onu bəydən aralanmasını tələb edəndə demişdi ki, Allahyar bəyə güllə məndən keçib dəyə bilər.
Bildirmişdi ki, məni öldürsəniz də, cəddim ölməz. Həqiqətən də bir müddət sonra o cinayətin təşkilatçılarından iki nəfər özlərini güllələmişdi.
Belə bir şəxsiyyətin adına Keşişkənddə məscidin tikilib tamamlanması bütün kəndin ürəyincə olar.
İnanıram ki, hörmətli prezident və onun xanımı bu müraciətimizdən xəbər tutsalar, laqeyd qalmayacaqlar, həssaslıq göstərəcəklər.
Mərhum Heydər Əliyev də müstəqillik dövründə Azərbaycanda məscidlərin bərpası istiqamətində işlər həyata keçirib.
Görülən işləri davam etdirən cənab İlham Əliyev Təzəpir məscidini əsaslı təmir etdirib, Qafqazın ən böyük ibadət evi olan Heydər məscidi inşa olunub, onlarla ibadət ocaqlarının qapıları açılıb, təmir edilib. Arzu edirik ki, səsimizə səs veriləcək, kəndimizdən də azan səsi eşidiləcək..."
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2019, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2019, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09