reklam
Regionxeberlericom.az » Cəmiyyət » Siyavuş Novruzovdan hökumətə ÇAĞIRIŞLAR

reklam

Siyavuş Novruzovdan hökumətə ÇAĞIRIŞLAR
















Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən komitə sədri Siyavuş Novruzov bir sıra ciddi problemlərdən bəhs edib, hökumətə müraciətlər ünvanlayıb.

Hurriyyet.az-ın xəbərinə görə, o bildirib ki, bu gün əhalinin regionlara qayıtması, işlə təmin olunması vacib məsələdir.

Bu mənada deputat ipoteka kreditlərinin verilməsi zamanı rayon və paytaxt əhalisinə fərqli yanaşmağı, müddət fərqi qoyulmasını zəruri sayıb.

Onun sözlərinə görə, elə etmək lazımdır ki, vətəndaş ipoteka almaq üçün Bakıya gəlməyə məcbur olmasın:

“İpotekada elə sistem yaradılıb ki, yalnız dövlətdən maaş alan şəxslər ipoteka götürə bilir. Ancaq bənna, dülgər, pinəçi, saatsaz və digər peşə sahibləri var ki, onlar ipoteka götürə bilmirlər. Onlara imkan yaradılsa, VÖEN alıb, vergi ödəyəcəklər, öz gəlirlərini də gizlətməyəcəklər. Güzəştli mənzilləri də Bakıda tikirik. Bunların 80-90 faizini regionlarda tikmək lazımdır. Biz özümüz elə bir ab-hava yaradırıq ki, insanlar Bakıya axır, sonra da deyirik ki, əhali paytaxta axışır”.

Siyavuş Novruzov ölkədəki sənədsiz evlərlə bağlı problemə də hökumətin diqqətini çəkib:

“Cənab Prezident bir neçə dəfə tapşırıq verib ki, qeydiyyatsız evlər qeydiyyata alınsın. BMT qətnamə çıxartmalıdır ki, bu evlər qeydiyyata alınsın? Tapşırıq verilib, tapşırığa əməl edin! Qeydiyyatsız evlərin sayı 1 milyona çatıb. Qeydiyyata almaq əvəzinə nə edirlər? Vətəndaşı qeydiyyatdan çıxarırlar, vətəndaşı dövlətdən narazı salırlar. Deyirlər, sənə şəxsiyyət vəsiqəsi vermirik”.

Deputat regionlardakı xəstəxanaların kadrlarla təmin olunmasını zəruri sayır.

O bildirib ki, ali məktəbi bitirən kadrlar azı 5 il regionlarda işləməlidir:

“Regiondakı vətəndaş xəstəsini niyə bura gətirməlidir? Diaqnostika mərkəzləri tikilib, ən müasir avadanlıqlarla təchiz edilib”.

S.Novruzov şair və yazıçıları da bölgələrə səfərlər etməyə çağırıb: “Onlar ancaq Prezidentə məktub yazıb, özlərinə, nəvə-nəticələrinə mənzil istəməklə işlərini bitirməməlidir. Yazıçı, şairlər də regionlara gedib, insanlar qarşısında dövlətin təbliğatını aparmalıdır. İnsanlar tək “TikTok”un, ya da başqa-başqa kanalların təsiri altında qalmamalıdır”.

Nəhayət, Siyavuş Novruzov bir neçə dəfə qaldırdığı məsələ ilə bağlı hökumət başçısına müraciət edib.

O bildirib ki, müharibə veteranlarına verilən aylıq müavinətin məbləği aşağıdır:

“Bu məsələdən vətən xainləri, Azərbaycana qarşı olan qüvvələr sui-istifadə edir. Cənab baş nazir, bu məsələyə əncam çəkilməlidir ki, müharibə veteranlarının 80 manatı artırılsın”.




Paylaş:


Müəllif : Tarix:
14-11-2023, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər