287 min işsiz var, amma 71 min insan eyni anda 2 işdə işləyir – Rəsmi
Bu ilin oktyabr ayının 1-ə olan sonuncu məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 719,8 min nəfər olub.
Bu barədə məlumatı bu gün Dövlət Statistika Komitəsi açıqlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatda isə göstərilir ki, oktyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 791 minə çatıb.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, əmək müqavilələrinin sayı muzdla çalışan işçilərin sayından 4% (71 min) çoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsilə çalışan şəxslər olduğu qeyd olunur.
Bu həm də o deməkdir ki, 71 min muzdlu işçi eyni zamanda 2 işdə işləyir.
Xatırladaq ki, bu ilin oktyabr ayının 1-ə olan sonuncu məlumata görə, Azərbaycanda 287,4 min işsiz şəxs var.
Maraqlıdır ki, ölkədə 287 min işsiz şəxs olduğu halda 71 min insan eyni anda 2 işdə işləyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-11-2023, 20:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər