reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Mercedes-Benz”dən İsrailə yardım – 1 milyon avro

reklam

“Mercedes-Benz”dən İsrailə yardım – 1 milyon avro


















“Mercedes-Benz”in Direktorlar Şurasının sədri Ola Kallenius şirkətin İsrailə maliyyə yardımı etdiyini açıqlayıb.

Bu barədə o, özünün “LinkedIn” hesabındakı paylaşımında bildirib.

Kallenius hadisələrdən narahat olduğunu və İsraildəki “United Hatzalah” və “Almaniya Qırmızı Xaç” təşkilatlarına cəmi 1 milyon avro bağışladıqlarını açıqlayıb:

“İsrailə qarşı terror hücumlarından sonra bütün dünyada yayılan xəbərlər və görüntülər məni çox sarsıtdı. Bölgədə həmkarlarım, çoxdankı tanışlarım, yaxşı dostlarım var. Zorakılığa məruz qalan və yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm.

Son günlər müxtəlif qurum və təşkilatlarla əlaqə saxladıq, çünki biz də dəymiş ziyanın müəyyən qədər də olsa aradan qaldırılmasına töhfə vermək istəyirik. “Mercedes-Benz” xilasedici maşınların alınması üçün “United Hatzalah” xeyriyyə təşkilatlarına, regionda humanitar yardımı koordinasiya edən “Almaniya Qırmızı Xaç” Cəmiyyətinə ümumilikdə bir milyon avro bağışlayır. Biz, əlbəttə ki, Tel-Əvivdəki komandamız ilə daim əlaqə saxlayırıq və onların təhlükəsizliyi bizim əsas prioritetimizdir”.




Paylaş:


Müəllif : Tarix:
14-11-2023, 22:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər