Vilayət Eyvazov polis rəislərinə tapşırıqlar verdi - Fotolar
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 14-15 noyabrda Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl, Naftalan və digər rayonlardan qəbula gələn 120 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb. Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Hərbi hissənin qərargahında komandir heyəti ilə keçirilən əməliyyat müşavirəsində nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini ifadə edib.
Bundan sonra nazir polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45-i Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda DİN rəhbəri qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2023, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər