Hrant Dinki öldürən Ogün Samast azadlığa çıxdı
Türkiyənin erməni əsilli jurnalisti Hrant Dinki qətlə yetirmiş türk millətçisi Oğün Samast şərti azadlığa buraxılıb.
Türkiyə mediasının məlumatına görə, Ogün Samast yaxşı davranışa görə vaxtından əvvəl azadlığa buraxılıb.
Hrant Dink erməni-türk nəşri olan “Agos” qəzetinin baş redaktoru idi. O, 2007-ci il yanvarın 19-da İstanbulda “Agos” qəzetinin redaksiyası qarşısında qətlə yetirilib.
O zaman Dinki qətlı yetirən Ogün Samast 17 yaşında idi.
Türkiyədə məhkəmə Ogün Samastı 23 il müddətinə azadlıqdan məhrum etmişdi.
Qeyd edək ki, Hrant Dink Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi ("türk millətini təhqir etmək") ilə dəfələrlə mühakimə olunmuşdu. O, xüsusən də qondarma "erməni soyqırımı" ilə bağlı məsələləri qaldırmağa çalışdığına görə türk millətçilərinin nifrətini qazanmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2023, 11:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər