DTX-nin saxladığı şəxs terror aktını İsrail səfirliyində törədəcəkmiş…
Xəbər verdiyimiz kimi, bu gün xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edən şəxs saxlanılıb.
“The Jerusalem Post” sözügedən diplomatik nümayəndəliyin İsrail səfirliyi olduğunu yazıb.
“Azərbaycanın təhlükəsizlik qüvvələri cümə günü səhər saatlarında paytaxt Bakıda İsrail səfirliyinə hücum təşkil etməyi planlaşdıran silahla silahlanmış şəxsi həbs ediblər. Azərbaycanın təhlükəsizlik qüvvələri həmin şəxsi səfirlik binası yaxınlığında həbs etdikləri və səfirliyin əməkdaşlarına zərər verməyi planlaşdırması barədə bəyanat yayıblar”, - nəşr yazıb.
Qeyd olunub ki, bu, cümə axşamı günü Tokioda İsrail səfirliyinin girişi yaxınlığında avtomobilin barrikadaya çırpılmasından sonra bu həftə İsrailin xaricdəki səfirlikləri ilə bağlı ikinci təhlükəsizlik vəziyyətidir.
Xatırladaq ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-11-2023, 15:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər