ADY daha 4 “Stadler” qatarı aldı
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə ADY ilə “Stadler Rail Group” arasında imzalanmış müqaviləyə əsasən dörd yeni sərnişin qatarının bu ilin sonunadək ölkəmizə çatdırılması, test edilməsi və istismara qəbulu, o cümlədən Bakıda fəaliyyətə başlayacaq və bütün növ “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək Regional Servis Mərkəzinin layihələndirilməsi və inşası məsələləri müzakirə olunub.
Həmçinin “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək yerli mütəxəssislərin və maşinistlərin hazırlanması barədə də danışıqlar aparılıb.
Qeyd edək ki, İsveçrənin “Stadler Rail Group” şirkətinə sifariş edilmiş daha altı sərnişin qatarının gələn il ərzində ölkəyə çatdırılması planlaşdırılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-11-2023, 15:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər