![reklam](/templates/tema/images/saythazir.png)
ChatGPT-nin yaradıcısı istefaya göndərildi
Amerikanın məşhur “OpenAI” şirkətinin baş direktoru, ChatGPT neyron şəbəkəsinin yaradıcısı Sem Altman şirkətin bloqunda dərc olunan bəyanata görə, tutduğu vəzifədən azad edilib.
TASS xəbər verir ki, bu barədə “OpenAI” şirkətinin Direktorlar Şurası məlumat yayıb. Məlumata görə, Sem Altmanın baş direktor vəzifəsini tərk edəcəyi və direktorlar şurasından istefa verəcəyi bildirilib.
Onun istefasında əsas səbəb kimi şura ilə münasibətdə həmişə səmimi olmaması və bunun da nəticə etibarə ilə onun vəzifələrini yerinə yetirmək qabiliyyətinə mane olması göstərilib.
“Şuranın artıq onun “OpenAI”yə rəhbərlik etmək qabiliyyətinə inamı yoxdur”, - məlumatda bildirilib.
Altmanın əvəzinə bu vəzifəni müvəqqəti olaraq şirkətin baş texnologiya direktoru Mira Murati tutacaq.
Qeyd edək ki, “OpenAI” 2022-ci ildə istifadəçilərlə interaktiv əlaqədə olan ChatGPT xidmətini təqdim edib. Çatbot suallara cavab verə, səhvləri etiraf edə, yanlış fərziyyələrə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilir. Xidmətin imkanları dünyada geniş ictimaiyyətin diqqətini cəlb edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2023, 11:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

![reklam](/templates/tema/images/reklam300.png)
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739251498_sekil.jpg)
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi - Foto
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739201074_jsw1efegsz9x8mz1wu89bqjnroqii6vqct2ljb8e_1200.webp)
Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739184731_resize-1.jpg)
Daha bir rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu - Zatulin, Milonov və...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739162089_1.jpg)
Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739172006_resize-3.jpg)
Əfv Komissiyasının iclasları başlayır - Nə qədər məhbus həbsxana divarlarını tərk edəcək?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739121991_1.jpg)
Oğlumun həyatının nöqtəsi qəfil qoyuldu: Anası şəhidin ölüm xəbərini necə öyrəndi? — VİDEO
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739086185_1.jpg)