Emin Sabitoğlunun vəfatından 23 il keçir
Tanınmış Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000), bir çox məşhur mahnıların müəllifi, əksər Azərbaycan filmlərinin bəstəkarı unudulmaz Emin Sabitoğlunun vəfatından 23 il keçir.
Emin Sabitoğlu məşhur Azərbaycan yazıçısı və dramaturqu Sabit Rəhmanın ailəsində dünyaya gəldi. Təbii ki, atasının qələmlə yazdıqlarını, yaxud yazmaq istəyib də, yaza bilmədiklərini Emin musiqidə ifadə etməyi bacarırdı. Ümumiyyətlə, gələcəyin tanınmış və möhtəşəm bəstəkarı olacaq incəsənət insanının ədəbiyyat adamından bəhrələnməsi onun gələcək baxışlarının zənginləşməsində mühüm rol oynamışdı. Uşaq vaxtından evlərinə qonaq gəlib-gedən tanınmış yazıçılarla tanışlığı da onun yaradıcı mədəniyyət insanı kimi yetişməsinə təsir etmişdi.
Emin Sabitoğlu Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf Abbasov, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova kimi tanınmış şəxslərlə eyni binada yaşayırdı.
Emin Sabitoğlunun Mirzə Babayevlə yaxın dostluqları var idi. Hətta, onlara tez–tez gəlib-gedir, ailəvi yığıncaqlarda süfrələrinin başında olurdu. Emin Sabitoğlunun əsərlərinə ən çox mahnı oxuyan da Mirzə Babayev idi.
Emin Sabitoğlunun nənəsi İrəvan xanı Huseynqulu xanın doğma qızı idi.
Bəstəkar solaxay idi. Ancaq əsərlərini həm sağ, həm də sol əllə yaza bilirdi.
O, ömrünün son illərini Türkiyədə keçirmişdi və həmişə Bakının həsrətini çəkirdi. Qaldığı mənzilin birini Bakıya aid əşyalarla bəzəmiş, saatı da Bakı vaxtına qoymuşdu.
600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə unudulmaz musiqi bəstələyən Emin Sabitoğlu ömrünün sonlarında qan təzyiqindən əziyyət çəkirdi. Bəstəkar 18 noyabr 2000-ci ildə Bakı şəhərində trombun gözlənilmədən ürəyinə tıxanması nəticəsində vəfat etdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2023, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər