reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər 50 MANAT CƏRİMƏLƏNƏCƏKLƏR

reklam

Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər 50 MANAT CƏRİMƏLƏNƏCƏKLƏR
















Açıq havada və insanların sıx olduğu yerlərdə siqaret çəkmək qanunla qadağandır. Bu qadağanı pozan şəxsləri cərimə də gözləyir. 

BAKU.WS-in məlumatına görə, bu məsələ ilə bağlı təbliğat işləri aparılsa da hələ qanuna əməl etməyən vətəndaşlara rast gəlinir.

Siqareti çəkərək qaydanı pozan şəxslər hətta onun qalığını yerə atmaqdan da çəkinmirlər. Bu isə qaydaların kobud şəkildə pozulması deməkdir. 

İctimai yerlərdə tütün məhsullarından istifadə edərək digər vətəndaşları narahat etmək və siqaret kötüklərini yerə ataraq ətrafı zibilləməyə görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. 

Belə ki, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Eyni zamanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə olunur.

Siqaret çəkilməsi qadağan edilən və cərimə nəzərədə tutulan digər yerlər isə bunlardır:

•    Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 100 manat

•    Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat

•    Vaqonlarda - 50 manat

•    Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat

•    Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda - 40-50 manat





Paylaş:


Müəllif : Tarix:
20-11-2023, 15:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər