reklam
Regionxeberlericom.az » Cəmiyyət » Deputat 2-ci dəfə ev verilən yazarları müdafiə etdi - Halal xoşları olsun!

reklam

Deputat 2-ci dəfə ev verilən yazarları müdafiə etdi - Halal xoşları olsun!


Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə mənzil verməsi ətrafında müzakirələr səngimək bilmir. Qurum rəsmi olaraq siyahı yaymasa da, sosial şəbəkələrdə və bəzi KİV-lərdə adlarlar açıqlanıb. İddia edilir ki, adları açıqlanan yazarlar arasında bəziləri bu bölgüdən əvvəl mənzilə malik olub.


AYB-nin katibi Elçin Hüseynbəylinin sözlərinə görə, quruma 250 nəfər ev üçün müraciət edib: "Anar müəllim kimi məsləhət bilibsə, mənzillər həmin şəxslərə verilib. Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var".


Mövzuya Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas da münasibət bildirib.


O, Modern.az-a açıqlamasında hansısa yazıçıya ikinci dəfə Azərbaycan Yazıçılar Birliyindən ev verilməsinin normal hal olduğunu bildirib:


"Tutaq ki, yazıçı 30 il bundan qabaq Azərbaycan Yazıçılar Birliyindən bir ev alıb. Onda ailə üzvləri iki nəfər idisə, indi artıb 15 nəfər olublar. Vaxtilə ona verilən birotaqlı evdə yaşayırdılar. Belə olan halda ona ikinci dəfə ev verilməsində bir problem görmürəm. Halal xoşları olsun. Xoşbəxt olsunlar".




Paylaş:


Müəllif : Tarix:
20-11-2023, 16:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər