Kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahıları təsdiqlənmədi və büdcədə xərclər nəzərdə tutulmayıb
Yəqin hökumət gözləyir ki, bu tip qurumlardan birisinin sistemində problem olsun, bunun da nəticəsində dövlət və cəmiyyət üçün, vətəndaşlar üçün ciddi problemlər olsun. Nəhayət, bundan sonra siyahılar yəqin təsdiqlənəcək.
Düşünürəm ki, bu, doğru yanaşma deyil. İndiki zamanda bu sahə hökumətin diqqət yetirəcəyi ən vacib məsələ olmalıdır.
Xatırlayıram ki, bir müddət öncə hətta DTX rəsmisi də bu siyahıların təsdiqlənmədiyindən şikayətlənmişdi.
Artıq gələn il üçün büdcə xərcləri demək olar ki, təsdiqlənib.
Belə olan halda isə kritik qurumların təhlükəsizliyinin qorunması üçün xərclərin necə ödəniləcəyi də suallar doğurur.Qurumlar təhlükəsizliklə bağlı auditlər aparmalı, yeni təhlükəsizlik vasitələri almaqla sistemlər qurmalı, müqavilələr bağlamalıdırlar.
Mövcud normalara görə dövlət və özəl sektorun bu sahədə yeni xərcləri formalaşacaq.
Bəs bu xərclər haradan maliyyələşəcək ?
Yəqin hökumət tövsiyyə edəcək ki, bu il xərclər daxili imkanlar hesabına ödənilsin.
Görəsən daxili imkan hesabına kritik infrasturkturun təhlükəsizliyini təmin etmək mümkün olacaqmı?
Bu sualın cavabını isə DTX, yaxud XRİTDX daha yaxşı bilər 🙂
Özəl kritik qurumlar üçün bu tip suallar daha aktualdır. Kim qarşılayacaq bu xərcləri?
Əgər şirkətlər özləri ödəyəcəklərsə bütün bunlar qiymətlərin artmasına gətirib çıxarmayacaqmı?
Maraqlıdır, görəsən DTX və XRİTDX cari ilin sonunadək kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahılarını, büdcə xərclərini təsdiqlədə biləcəklərmi ?
Osman Gunduz
Paylaş:
Müəllif : Fuad
Tarix:24-11-2023, 11:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər