reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah bəzi yerlərə qar yağacaq

reklam

Sabah bəzi yerlərə qar yağacaq


Bazar gününə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi  752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
25-11-2023, 13:34
Sikayət   


loading...
Загрузка...