reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yeni metro xəttinin tikintisinə 5 milyard dollar xərclənəcək

reklam

Yeni metro xəttinin tikintisinə 5 milyard dollar xərclənəcək















Dubay hakimiyyəti şəhərin biznes və yaşayış sahələrini, eləcə də hava limanını birləşdirəcək 14 stansiyadan ibarət 30 km uzunluğunda yeni metro xəttinin tikintisinə 18 milyard dirhəm (təxminən 5 milyard ABŞ dolları - Red) xərcləyəcək.

Bu barədə şəhər hökumətinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, 14 stansiyadan ibarət “Mavi Xətt” Dubay-Krik-Harbor ərazisini Beynəlxalq Şəhər və Dubay Beynəlxalq Akademiya Şəhəri ilə birləşdirəcək.

Yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı müqavilələr 2024-cü ildə bağlanacaq. Marşrut Dubayın şərqində artan sayda yaşayış məntəqələrini birləşdirəcək. Dubay Metrosu şəbəkəsinin genişləndirilməsi şəhərin inkişaf planının bir hissəsidir və yol şəbəkəsində yükü azaltmaq üçün vacibdir./Ölkə.az




Paylaş:


Müəllif : Tarix:
26-11-2023, 13:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər