“Muğan Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi başladı
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Muğan Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb.
Ödəniş "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Kapital Bank" ASC-lər vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları "Muğan Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.
Əmanətçilər kompensasiyalarını almaq üçün ABB və "Kapital Bank"In müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədləri və onların surətini, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını ABB və "Kapital Bank"ın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər.
"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 faizi qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 faizi qədər kompensasiya ödəniləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-11-2023, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər