reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dindarlardan tanınmış yazara ağır sözlər: “Bunun adı riyakarlıq və nankorluqdur”

reklam

Dindarlardan tanınmış yazara ağır sözlər: “Bunun adı riyakarlıq və nankorluqdur”















Ötən gün tanınmış televiziya aparıcısı, ateist yazar Vüsal Məmmədovun öldükdən sonra nəşinin yandırılıb, külünün dənizə tökülməsi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksər insanlar həmin fikirlə razılaşmır və bu davranışın dinimizə zidd olduğunu bildirirlər. 

Qeyd edək ki, Vüsal Məmmədov həmçinin bildirmişdi ki, hər insan öləndən sonra 3 kvadrat torpağı tutmağa davam etsə, tezliklə milyon kvadratlarla yer zəbt olunacaq. Bu da artıq dirilərə yer qalmamasına səbəb olacaq.

Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov “Yeni Sabah”a danışıb. Qeyd edib ki, mənəvi dəyərləri inkar edənlər belə fikirləşə bilər: 

“Təbii ki, bu doğru fikir deyil. Çünki Allah insanı bütün canlıların içində ən üstün varlıq olaraq yaradıb. Qurani-Kərimdə buyurulur ki, insan bütün canlıların hamısından şərəflidir. İlk insan olan Adəm yarandıqda Allah mələklərə tövsiyə edib ki, ona səcdə etsinlər. Bu da insanın nə dərəcədə üstün olmasının göstəricisidir. Bu səbəbdən Allah insana onun bədənini əmanət olaraq verib. Allah insana bəxş etdiyi əmanəti təmiz saxlamağa və bədən üzvlərini, orqanları qorumağı tövsiyə edir. 

İslam dinində yer alan inanclara əsasən bizlər ruh və bədəndən ibarət varlığıq. Öldükdən sonra ruh bədəni tərk edir. Bədənimiz isə dini qayda ilə yuyulur, kəfənlənir və təmiz şəkildə dəfn olunur ki, qiyamət günündə yenidən dirildilsin. Bu nöqteyi-nəzərdən, həmin şəxsin bildirdiyi fikirlər doğru deyil. Mənəvi dəyərləri və ruhun varlığını inkar edən insanlar ancaq bu cür düşünə bilərlər”. 

İlahiyyatçı Növrəstə İbrahimova isə “Yeni Sabah”a bu fikrin qəbuledilməz olduğunu açıqlayıb:

“Bütün dünya artıq İslam dininə yönəlməkdədir. Bunu göz görür, ağıl kəsir. Allah yer üzünə göndərdiyi sonuncu müqəddəs kitabında və sonuncu peyğəmbərə xitabən buyurub ki, İslam sonuncu və ən kamil din olacaq ki, burada yer alan əmrlərin heç birində nöqsan olmayacaq. Həmçinin bütün dünya İslam dini altında xitam tapacaq. Bu sözlər ağlı və savadı normal olan insanlara bu nəticəni verir ki, İslam dini ilə dünya sona yetəcək. 

Allah insana verdiyi bədənə nə diri, nə də ölü şəkildə zülm edilməsinə razı olub. İnsan öldükdən sonra da onun bədəni çox qiymətli sayılır. Allah buyurub ki, əgər bir insan dünyasını dəyişdikdə onunla eyni məhəllədə yaşayan minlərlə şəxsdən biri belə İslam dinində buyurulan qaydada qüsl və kəfənlə dəfn edilərsə, bu günah bütün orada məskunlaşan adamların üzərindən götürülər. Əks təqdirdə isə, bu işin vəbalı orada olan bütün insanların üstündə qalacaq”. 

İlahiyyatçı bildirib ki, sözügedən aparıcının düşüncələri onun ağlından şübhə etməyə əsas verir: 

“Mən öldükdən sonra külümü dənizə tökün” deyən adamın ağlından şübhə edirəm. Çünki artıq bütün dünyada başqa dinlərə sitayiş edən şəxslər belə zaman keçdikcə İslama dönür. Bəs sən niyə başqa dinə yönəlirsən? Bu fikirlərdə saxtakarlıq, riyakarlıq və İslama nankorluqdan başqa əlamət görmürəm. Çünki Allah insanı yaradan zaman ona sağlam bədən verib və əmrlərində buyurub ki, əgər məndən icazəsiz sənə verdiyim sağlam bədənə istər diri halda, istərsə də dünyanı dəyişdikdən sonra iynə ucu qədər belə zərər versən, lənətlənərsən”. 

Dünya qurulandan indiyə kimi saysız-hesabsız insanlar yaranır və dünyadan köçür. Bəs niyə indiyə kimi ölülərin dünyada tutduğu yer, dirilərin yerini dar etməyib? Bunun bir səbəbi var. O da yaradanın nizam-intizamının mükəmməlliyidir. Bütün bunlara görə, düşünürəm ki, ölülərin nə vaxtsa dünyada yaşayan adamların yerini dar etməsi haqda səsləndirilən fikir Allaha və onun əmrlərinə edilən həqarətdir”. 




Paylaş:


Müəllif : Tarix:
27-11-2023, 15:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər