reklam
Regionxeberlericom.az » Cəmiyyət » Paşinyan 4 kəndimizi qaytaracağını niyə açıqladı? - “Bu halda ordumuz müdaxilə edəcək”

reklam

Paşinyan 4 kəndimizi qaytaracağını niyə açıqladı? - “Bu halda ordumuz müdaxilə edəcək”
















Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-ciddi siyasətçidir. O, ən müxtəlif platformalarda Azərbaycanla sülh sazişini bağlamağa hazır olduqlarını bəyan edir. Hətta Paşinyan komandasının üzvü, Ermənistan parlamentinin sədri belə “sülhə böyük ehtiyacımız var, bölgədə kommunikasiyalar açılmalıdır” - deyə fikirlər səsləndirir. Erməni rəsmiləri bu iki vacib amili Ermənistanın varlığı üçün vacib şərt kimi önə çəkir. Amma sülh danışıqları üçün görüş vaxtı yaxınlaşdıqca Ermənistanın mövqeyində dəyişikliklər baş verir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Ermənistan ya görüşdən imtina edir, ya da elə bir mövqe sərgiləyir ki, sülh sazişinin imzalanması yenə təxirə düşür. Bu bir daha təsdiq edir ki, Paşinyan ciddi dövlət xadimi və siyasətçi deyil. Sadəcə olaraq o Qərbdən aldığı təlimatlara uyğun addımlar atır. Bununla Paşinyan daxili auditoriyada nüfuzunu qorumaqla yanaşı Azərbaycanla münasibətdə çoxqütblü oyunların içərisində yer alır” - deyə millət vəkili qeyd edib.

Partiya sədrinə görə, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı formalaşmış komissiyanın bu ayın sonunda gözlənilən görüşü öncəsi Paşinyanın söylədiyi fikir yeni bir hiyləgərliyin başlanğıcıdır:

“Nəticə etibarı ilə vasitəçi olmadan Azərbaycan təklif etdiyi unikal sərhəd görüşündən sonra da Paşinyanın mövqeyinin dəyişməsi şübhəsizdir. Bununla da vasitəçisiz sülh sazişinin bağlanmasına imkan verilmir”.

Millət vəkilinin fikrincə, üçüncü dövlətin iştirakı olmadan sülh sazişinin imzalanmasını Ermənistan özü üçün problem hesab edir:

“Azərbaycanın hələ də Ermənistanın işğalında qalan 8 kəndindən ancaq 4-nün qaytarılması fikrini irəli sürən Paşinyan özünə Avropa və Amerika vasitəsi ilə yeni dayaq axtarışındadır”.

Fəzail Ağamalı bildirib ki, erməni tərəfinin bu mövqeyi sülhə olan nikbin notları heçə endirir:

“Belə olduğu halda Azərbaycan ərazi bütövlüyünü tamamlamaq üçün BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq addımlarını atmaq üstünlüyünü özündə saxlayır. Bu da sözsüz ki, hərbi müdaxiləni istisna etmir”.





Paylaş:


Müəllif : Tarix:
27-11-2023, 18:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər