reklam
Regionxeberlericom.az » Cəmiyyət » "7 baçının 1 şəhid qardaşı...Şəhid analarını sahibsiz görüblər?" - Şəhid anasına hücüm edən maskalı şərəsizlər... Təfərrüat

reklam

"7 baçının 1 şəhid qardaşı...Şəhid analarını sahibsiz görüblər?" - Şəhid anasına hücüm edən maskalı şərəsizlər... Təfərrüat












Biraz əvvəl şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxladım, baş vermiş hadisənin detallarını öyrəndim. Ailə çox pərişan və məyusdur. Hadisə gecə olub. Şəhid anasının 72 yaşı var.

Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını da tez-tez ziyarət edə bildiyini deyib.

Div cüssəli igid Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır.

"Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın il dönümünə hazırlaşırdı. Heç olmasa qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi" deyir şəhidin xanımı.

Təəssüf ki, şəhid əmanətlərinə sahib çıxa bilmirik. Artıq neçənci şəhid ailəsidir ki, evindən, çantasından oğurluq edilir.

Cəzalar sərtləşdirilməlidir. Şəhid evinə uzanan əl dərhal qırılmalıdır. Bu qəhrəman igidlər ailələrini xalqa, dövlətə əmanət edib. Əmanətə sahib çıxılmalıdır.

Yüzlərlə tənha şəhid anası var. Bu hadisə həmin analara çox böyük zərbə oldu. Tənha anaların təhlükəsizliyi təmin olunmalıdır.

Elyar İslamoğlu




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 11:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər