reklam
Regionxeberlericom.az » Cəmiyyət » İran prezidentinin Türkiyəyə səfəri təxirə salındı

reklam

İran prezidentinin Türkiyəyə səfəri təxirə salındı


















İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə noyabrın 28-də baş tutmalı olan səfəri təxirə salınıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Rəisinin Ankaraya səfəri daha gec bir tarixə təxirə salınıb, lakin tarixlə bağlı hər hansı məlum verilməyib. Agentlik, həmçinin, bu qərarın səbəbləri ilə də bağlı hər hansı məlumat olmadığını bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Türkiyənin “Yeniçağ” qəzeti öz mənbələrinə istinadən İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə noyabrın 28-nə planlaşdırılan səfərinin baş tutmayacağını xəbər vermiş, ancaq hazırda səfərin ləğv edildiyinin, yoxsa təxirə salındığının məlum olmadığını bildirmişdi.

Digər tərəfdən, Türkiyə liderinin administrasiyasının mətbuat xidməti də Rəisinin səfərinin ləğvi və ya təxirə salınması faktını dəqiq təsdiqləməyib.

“Adətən belə səfərlərdən əvvəl mətbuata bildiriş verilir. Bu dəfə belə bir bildiriş yox idi”, - mənbə bildirib. İranın Ankaradakı səfirliyi də Rəisinin gəlişi perspektivləri ilə bağlı məlumat verməkdən imtina edib və bildirib ki, bu mövzuda heç bir məlumat yoxdur və onlar heç nə xəbər verə bilməzlər.

Xatırladaq ki, noyabrın 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisinin noyabrın 28-də Türkiyəyə səfərinin gözlənildiyini açıqlamış, iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının keçirilməsinin planlaşdırıldığını bildirmişdi.




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 14:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər