reklam
Regionxeberlericom.az » Cəmiyyət » İmran Xanın məhkəməsi həbsxanada keçiriləcək – Yenilənib

reklam

İmran Xanın məhkəməsi həbsxanada keçiriləcək – Yenilənib

















Pakistanın keçmiş baş naziri, müxalif “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xanın məhkəməsi siyasətçinin saxlandığı “Adiala” həbsxanasında ictimaiyyətə açıq şəkildə keçiriləcək.

“Daily Pakistan” qəzeti xəbər verir ki, bu barədə dövlət sirrinin pozulması işləri üzrə xüsusi məhkəmə hakimi Əbülhəsnət Zülqərneyn məlumat verib.

“Məhkəmə təhlükəsizlik məsələləri ilə əlaqədar “Adiala” həbsxanasında keçiriləcək. Dekabrın 1-də baş tutacaq məhkəmə iclaslarında müttəhimin vəkilləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edə biləcəklər”, - məlumatda bildirilib.

Qeyd edək ki, noyabrın 28-də məhkəmə partiya tərəfdarlarının mümkün iğtişaşları və etirazları ilə əlaqədar İslamabaddakı Federal Məhkəmə Kompleksində keçmiş kabinet rəhbərinin iştirakı ilə dinləmənin keçirilməsi ilə bağlı əvvəlki qərarını ləğv edib.

Xatırladaq ki, Xanın iclasda planlaşdırılan iştirakı onun 2023-cü ilin avqustunda həbs olunduqdan sonra ictimaiyyət qarşısında ilk çıxışı ola bilərdi.

12:08

Pakistan hakimiyyəti təhlükəsizlik məsələləri ilə əlaqədar Pakistanın keçmiş baş naziri, müxalifətdəki “Ədalət Hərəkatı” Partiyasının lideri İmran Xanı “Dövlət sirri haqqında qanunun” pozulması işi üzrə məhkəmə iclasına çıxarmaqdan imtina edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, dinləmənin keçmiş baş nazirin iştirakı olmadan keçirilməsi barədə qərar dinləmə başlamazdan əvvəl qəbul edilib. Təhlükəsizlik qüvvələri Xanın mühafizəsini təşkil etmək və mümkün iğtişaşların qarşısını almaq üçün xüsusi dəstə formalaşdırsalar da, bunun qərarın dəyişməsinə heç bir təsiri olmayıb.

Qeyd edək ki, Xanın İslamabaddakı Federal Məhkəmə Kompleksində baş tutacaq dinləmələrdəki iştirakı onun bu ilin avqustunda həbs olunduqdan sonra ictimaiyyət qarşısında ilk çıxışı olmalı idi.




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 17:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər