“İnsanın orqanlarını başqalarına bağışlaması böyük günahdır” - Tanınmış ilahiyyatçı
Bəzi insanlar sağ ikən orqanlarının başqalarına bağışlanmasını vəsiyyət edirlər. Bu isə adətən müsbət qarşılanır. Çünki bunu edən şəxs özü həyatda olmasa da, digər şəxslərə yeni həyat bəxş etmiş olur. Bəs İslam dinində bu məsələ necə qarşılanır?
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov “Yeni Sabah”a açıqlama verib.
Onun sözlərinə görə, bu məsələyə dinimizdə icazə yoxdur:
"İslam dininə görə insanın həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra orqanını kiməsə verməsi, satması, yaxud əvvəcədən vəsiyət edərək öz orqanının istifadəyə icazə verməsini vəsiyət etməsi düzgün deyil. Böyük İslam alimləri ixtilaf etsələr də, çoxları bu məsələ ilə razılaşmırlar və bunu düzgün, icazəli hesab etmirlər. Bunun icazəli olmasını deyənlərin əlində hansı dəlillərin olduğunu bilmirəm. Amma icazəli olmamasını deyənlərin əllərində daha güclü dəlillər var. İnsanın bədənini ona uca Allah verib. Allah- Təala o bədəndə istədiyi təsərrüfü, əvvəlcədən qədərdə yazdığı şəkildə həyata keçirir. İnsanı körpə vaxtı dünyaya gətirir, böyüdür, qocaldır, yaxud da çoxları qocalmır, hansısa bir dövrdə bədəni sıradan çıxır, yaxud da hansısa əvvəlcədən ona yazılmış qədərə uyğun olaraq dünyasını dəyişir. Bədəni insana uca Allah hədiyyə edib. Hədiyyə etdikdən sonra bədənini qorumasını, əmanətə sahib çıxmasını, ona yaxşı baxmasını əmr edib. İnsanın özünü öldürməsi, bədəninə zərər verməsi böyük günah, haram sayılır və bu əməlinə görə məsuliyyət daşıyır. Bədən və ona verilən ruh insana aid deyil. İnsana müəyyən olunmuş əcəl vaxtına qədər bədəndə qalmağa icazə verilir. Sonra ölüm mələyi gəlib ruhu aparır. Bədəni isə əmanət kimi torpağa dəfn olunur. Bərzax həyatı və sonra Qiyamət günü insan yenidən bədəni ilə bərabər dirilir. Axirətə iman edən hər kəs bədəni ilə bərabər mükəmməl şəkildə dirilmək istər. Kim istəyər ki, o əbədi qalacağı cənnətdə hansısa orqanlarından biri əskik olsun. Heç kim. Bu səbəbdən və digər çoxlu səbəblərdən insanın bədənin hansısa hissəsinin zərurət olmadan kəsilib götürülməsi, yandırılması və.s. yol verilməz hesab olunur”.
İlahiyyatçı bildirir ki, orqanların bağışlanması ilə bağlı edilən vəsiyyət düzgün hesab olunmur:
“Orqanların bağışlanması ilə bağlı əvvəlcədən vəsiyyət edilməsi düzgün deyil. Böyük günaha və riskə girmək deməkdir. Müsəlmanların çoxusu bununla razılaşmayıblar. Çünki dediyimiz kimi bədən insanın özünə aid olmadığı üçün, insan özü öz bədənini yaratmadığı üçün sağlığında bədənin kəsilməsini, yandırılmasını, kiməsə hədiyyə edilməsini deməməlidir. Mənim də mövqeyim budur ki, bu icazəli deyil. Bu barədə imkanı olanlar, yazılan qaynaqlara baxa bilənlər yazsınlar ki, cəmiyyətimiz maariflənsin. Allah daha düzünü bilir”.
Aytac Şahin
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2023, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər