Bakı məktəblərində dezinfeksiya işlərinə başlandı – Qızılcaya görə + Fotolar
Bakı məktəblərində dezinfeksiya işlərinə start verilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Qeyd edilib ki, paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması ilə əlaqədar müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.
“Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”, - məlumatda qeyd edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-12-2023, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər