reklam
Regionxeberlericom.az » Cəmiyyət » Elza: “Görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirən...”

reklam

Elza: “Görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirən...”















"Şou-biznesdə aləm bir-birinə qarışıb. Bilmirsən ki, müğənni kimdir... Hamısı üzdən bir-birilərinə oxşayır. Bəzən də səslərini belə tanımırsan. Hamı eyni janr və tərzdə oxuyur. Adları da şəxsiyyət vəsiqələrində olan adlar deyil. Hərə özünə bir təxəllüs götürüb. Saçı uzun Suray xanım, beli incə, ombaları böyük. Onlara “armudu stəkan” deyib, armudu stəkanı təhqir etmək istəmirəm. Armudu stəkan mənim üçün bəzi məhfumlardan daha hörmətlidir”.

RegionXəbərləriəricom.az Bizim.media-ya istinadla xəbər verir ki, bunu AYB üzvü, Əməkdar artist Elza Seyidcahan “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Sənətçi bayağı ifaçıları manqurt adlandırıb:

“Onlar savadsız yox, manqurtdurlar. Manqurt isə nə adət-ənənəsini, nə öz musiqisini, nə də milli-mənəvi dəyərlərini tanıyıb bilir. Belələri hər şeyini itiriblər. Manqurtlar görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirirlər. Özlərini xeyriyyəçi kimi televiziyalarda tanıdırlar. Belə şəxslər çoxdanın qocalmışlarıdır. Onlara bilmirəm, qartımış deyim və ya sonradan görmüşlər deyim. Bunlar hər şeydən dönmələrdirlər. Abır-həyaları da yoxdur”.




Paylaş:


Müəllif : Tarix:
4-12-2023, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər