reklam
Regionxeberlericom.az » Cəmiyyət » Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF - Uşaq sayı beş deyil, dörd olsun

reklam

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF - Uşaq sayı beş deyil, dörd olsun


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin 2019-cu il payız sessiyasında sosial sahə üzrə qaldırılacaq məsələlər barədə danışıb.

H.Rəcəbli Oxu.Az-a açıqlamasında bildirib ki, Əmək və sosial siyasət komitəsi "Turizm haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq.

"Bundan başqa Prezident İlham Əliyevin parlamentə göndərdiyi bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Bütün bu müzakirələrin və dəyişikliklərin mahiyyətində əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ideyası dayanır", - deyə H.Rəcəbli əlavə edib.

Deputat 2020-ci ilin dövlət büdcəsindən də söz açıb. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqının, minimum pensiyaların artması gələn ilin büdcəsində də sosial yönümlülüyü gücləndirəcək:

"Əvvəllər büdcənin 27-28 faizi sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 faiz civarında olacaq. Hesablamalarımıza görə, bu məsələlərin reallaşması üçün beş milyard manat lazımdır. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.

H.Rəcəbli uşaq pulunun bərpası ilə bağlı müzakirələrdən də danışıb. Milli Məclis üzvü bildirib ki, o, üç yaşa qədər uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır:

"Mən parlamentin iclaslarında dəfələrlə üç yaşadək uşaqlar üçün uşaq pulunun artırılması təkliflərini səsləndirmişəm".

Komitə sədri çoxuşaqlı ailələrlə bağlı kriteriyaların dəyişdirilməsi ilə bağlı təklif səsləndirəcəyini də bildirib:

"Bilirsiniz ki, cənab Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Məlumdur ki, beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailə sayılır. Mən isə təklif edəcəyəm ki, dörd uşağı olan ailə çoxuşaqlı sayılsın".


Paylaş:


Müəllif : Tarix:
5-09-2019, 16:58
Sikayət   


loading...
Загрузка...