reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistanda saxlanılan Azərbaycan əsgərinə ömürlük həbs verildi – KİV

reklam

Ermənistanda saxlanılan Azərbaycan əsgərinə ömürlük həbs verildi – KİV


















Ermənistanda saxlanılan və 20 il həbs cəzası verilən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Hüseyn Axundovun həbs müddətinin artırıldığı bildirilir.

Bu barədə “Pastinfo” məlumat yayıb.

Bildirilib ki, Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Hovhannisyanın sədrliyi ilə keçirilən prosesdə birinci instansiyanın hökmü qismən ləğv edilib və apellyasiya şikayəti təmin edilib.

Nəşr yazır ki, bununla da Axundov barəsində ömürlük həbs cəzası verilib.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Qeyd edək ki, Aqşin Bəbirov Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.

Hüseyn Axundov isə Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirli bilinərək 20 il həbsə məhkum edilmişdi.




Paylaş:


Müəllif : Tarix:
6-12-2023, 14:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər