reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiya məktəblilərinə mobil telefondan istifadə qadağan edildi

reklam

Rusiya məktəblilərinə mobil telefondan istifadə qadağan edildi

















Rusiya məktəbləri fövqəladə hallar istisna olmaqla, telefondan istifadəni qadağan edib.

TASS  xəbər verir ki, bundan əlavə, əmək (texnologiya) dərsi ibtidai və orta məktəblərdə məcburi fənnə çevrilib.

Dövlət Duması “Təhsil haqqında” qanuna müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun icbari əmək dərsləri ilə bağlı qayda istisna olmaqla, rəsmi dərc edildiyi gündən qüvvəyə minir. İbtidai və orta məktəblər üçün icbari əmək (texnologiya) dərsinin tətbiqi isə 2024-cü il sentyabrın 1-dən nəzərdə tutulur.

Parlamentin Aşağı Palatasının sədri Vyaçeslav Volodin də “Telegram” kanalında dərs zamanı mobil telefonlardan istifadənin qeyd-şərtsiz qadağan olunduğunu bildirib. Dövlət Dumasının spikeri vurğulayıb ki, valideynlər və müəllimlər də belə yeniliklərin tərəfdarıdırlar. Onun fikrincə, qərarın təhsilin keyfiyyətinin artmasında mühüm rolu olacaq.

Qeyd edək ki, sənəd Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi deputatlar qrupu tərəfindən baxılmaq üçün oktyabrda palataya təqdim edilib. Noyabrda isə Dövlət Duması təhsil məqsədləri və fövqəladə hallar istisna olmaqla, məktəblərdə dərs zamanı smartfonlardan istifadəni qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsinin orijinal variantında tam qadağa nəzərdə tutulmadığı üçün dekabr ayında Dövlət Duması mobil telefonların hətta təhsil məqsədləri üçün istifadəsini qadağan edən düzəliş təqdim edib.




Paylaş:


Müəllif : Tarix:
6-12-2023, 15:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər