45 milyonluq tenderin qalibi açıqlandı – Su anbarı tikəcək
Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN - 3100026151) olub.
Dövlət qurumu Əlicançay su anbarının tikintisi üçün “Körpü-Bina-Tikinti” MMC-yə 45 milyon 189 min 816 manat 89 qəpik ödəyəcək.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Məlumat üçün əlavə edək ki, “Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb. Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.
Oğuz və Şəki rayonları ərazisində tikiləcək Əlicançay su anbarı ilə bağlı Sərəncam Prezident İlham Əliyev tərəfinən bu ilin 28 iyul tarixində imzalanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-12-2023, 14:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər