reklam
Regionxeberlericom.az » Cəmiyyət » 25 nəfərin qətlində əli olan Perunun keçmiş prezidenti azadlığa çıxdı

reklam

25 nəfərin qətlində əli olan Perunun keçmiş prezidenti azadlığa çıxdı


















Müxaliflərinin oğurlanmasında və öldürülməsində, həmçinin, korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən Perunun keçmiş prezidenti Alberto Fuximori həbsdən azad edilib.

Bu barədə “TVPeru” telekanalı məlumat yayıb.

Məlumata görə, 85 yaşlı sabiq dövlət başçısı tibbi maska taxaraq həbsxana binasını tərk edib.

Perunun Konstitusiya Məhkəməsi 2017-ci ildə Perunun o vaxtkı prezidenti Pedro Pablo Kuçinski tərəfindən əfv edilən keçmiş dövlət başçısını dərhal azadlığa buraxmaq qərarına gəlib. Qərar o zaman icra olunmayıb. Buna görə də, iğtişaşlara çevrilən ictimai etirazlar fonunda məhkəmə əfv qərarını ləğv edib. 2022-ci ilin martında Konstitusiya Məhkəməsi yenidən əfv qərarının qüvvəyə minməsi barədə qərar qəbul edib. Ancaq Amerikalararası İnsan Hüquqları Məhkəməsi Perudan Fuximorini azad etməməyi xahiş edib.

Qeyd edək ki, 1990-2000-ci illərdə ölkəyə rəhbərlik edən siyasətçi 2009-cu ilin aprelində insan hüquqlarının pozulmasında təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Fuximorinin 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15 nəfərin qətlə yetirilməsində, həmçinin, 1992-ci ilin iyulunda Limadakı La Kantuta Universitetində 9 tələbənin və bir müəllimin oğurlanması və öldürülməsində əli olduğunu sübuta yetirib.

Bundan başqa, eks-prezident korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir neçə iş üzrə mühakimə olunub.

Telekanalın məlumatına görə, Alberto Fuximori Limada qızının evində yaşayacaq.




Paylaş:


Müəllif : Tarix:
7-12-2023, 19:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər